Xəzər Xəbər

Bu ilin "yol terroru": 166 ölü, 461 yaralı

Hadisə | 17:02 • 14 Noyabr 2017
Bu ilin "yol terroru":

2017-ci il yanvarın 1-dən noyabrın 11-ə qədər Bakı şəhəri üzrə 527 yol qəzası qeydə alınıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisinin sözlərinə görə, bu hadisələr nəticəsində 166 ölüm, 461 xəsarət qeydə alınıb.

V.Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 hadisə, 4 ölüm, 145 xəsarət faktı azalıb, eyni zamanda xəsarət dərəcələri yüngülləşib ki, bu da dövlət yol polisi tərəfindən keçirilən məqsədli tədbirlərin nəticəsidir.

Xəbər lenti