Xəzər Xəbər

Aktyor inandırıcı olmaq üçün biləyini kəsdi

Şou Biznes | 13:19 • 14 Noyabr 2017
Aktyor inandırıcı olmaq üçün biləyini kəsdi

"Fazilet hanım və kızları" serialında Sinan Egemen obrazını canlandıran aktyor Alp Navruzun başına çəkiliş vaxtı bədbəxt hadisə gəlib.

XəzərXəbər axşam.az-a istinadən bildirir ki, ssenariyə əsasən, əlini pəncərəyə çırpmalı olan aktyorun biləyi kəsilib. Alp Dəniz Baysalla mübahisə səhnəsində inandırıcı olsun deyə, əlini zərbə ilə pəncərəyə çırpıb. Nəticədə qırılan şüşələr aktyorun biləyini kəsib.

Dərhal xəstəxanaya çatdırılan Navruzun biləyinə tikiş vurulub. Serialın prodüser şirkəti aktyora dincəlməsi üçün iki günlük istirahət verib.

Xəbər lenti