Xəzər Xəbər

Adını Marsa göndərmək istəyənlər üçün NASA-dan JEST - TƏLƏSİN

Maraqlı | 14:25 • 13 Oktyabr 2017
Adını Marsa göndərmək istəyənlər üçün

Amerika Aviasiya və Kosmik Stansiyası (NASA) gələn il Marsa göndərməyi planlaşdırdığı "InSight” kosmik gəmisi ilə bağlı qəribə və maraqlı layihəyə imza atıb.

NASA "InSight”la bərabər minlərlə insanın adını Marsa göndərmək üçün şansı vermək niyyətindədir.

NASA hələ 2015-ci ildə bütün dünya insanlarına müraciət edərək adını Marsa göndərmək istəyənlərin tələbini qəbul etdiyini bildirmişdi. Həmin elandan bu günə qədər 827 min insan adını Marsa göndərmək üçün NASA-ya müraciət ünvanlayıb.

Daha sonra bu vakansiyanı bağladığını elan edən NASA ikinci bir çip açmaqla Marsa adını göndərmək istəyənlərə yeni şans yaradıb.

Qeyd edək ki, "InSight” kosmik gəmisi 2018-ci ilin may ayında havaya qalxacaq və noyabr ayında Marsa çatacaq.

Siz də adı Marsa gedən insanlar arasında olmaq istəyirsinizsə, NASA-ya müraciət etmək üçün tələsin./publika.az

Xəbər lenti