Xəzər Xəbər

Valideynlər oyuncağa görə əlbəyaxa davaya çıxdılar VİDEO

Veb TV | 13:08 • 13 Oktyabr 2017
Valideynlər oyuncağa görə əlbəyaxa davaya çıxdılar
Çində uşaqlar üçün nəzərdə tutulmuş istirahət mərkəzlərinin birində əlbəyaxa dava qeydə alınıb. Buna səbəb bir neçə uşağın oyuncaqla oynamaq üçün ondan növbə ilə istifadə edə bilməməsidir.

Uşaqların mübahisəsinə valideynləri müdaxilə edib və nəticə acınacaqlı olub. Belə ki, oyuncaq üstündə bir-birinin sözünü həzm edə bilməyən valideynlər bir-birinə xəsarət yetiriblər.

Tərəflər mühafizəçilərin müdaxiləsindən sonra sakitləşiblər. /faktxəbər


Xəbər lenti