Xəzər Xəbər

Baş Prokurorluğun nümayəndə heyəti Ukraynada səfərdə olub

Gündəm | 12:09 • 13 Oktyabr 2017
Baş Prokurorluğun nümayəndə heyəti Ukraynada səfərdə olub

Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Ukrayna prokurorluqları arasında cinayət işləri üzrə hüquqi yardım sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Kiyevdə səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Ukrayna baş prokurorunun müavini Yevgeni Yeninlə görüşüb.

Görüşdə Y.Yenin ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, o cümlədən hüquq mühafizə orqanlarının əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib.

E.Əlixanov Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun salamlarını çatdıraraq Ukraynanın baş prokuroru Yuri Lutsenkonun cari ilin fevralında ölkəmizə səfərinin qarşılıqlı işgüzar münasibətlərin inkişafına yeni təkan verdiyini xüsusi vurğulayıb.

Söhbət zamanı cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və digər sahələrdə mövcud vəziyyət, konkret işlər və əməkdaşlığın perspektivləri geniş müzakirə edilib.

Səfər çərçivəsində Ukrayna Baş Prokurorluğunun Xüsusi Antikorrupsiya Prokurorluğunda da görüşlər keçirilib. Həmin görüşlərdə korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti