Xəzər Xəbər

Hava limanında anakonda dərisi ilə tutuldu

Dünya | 11:41 • 13 Oktyabr 2017
Hava limanında anakonda dərisi ilə tutuldu

İstanbulda hava limanında tekstil sənayesində istifadə olunan ilan və timsah dərisi aşkar edilib.

Trend-in məlumatına görə, Sinqapurdan İstanbula gələn sərnişinlərdən biri özünü şübhəli apardığı üçün Atatürk hava limanının əməkdaşları həmin şəxsin üzərinə baxış keçiriblər.

Baxış zamanı iki çantadan dəyəri 120 min lirə olan 99 ilan, o cümlədən anakonda dərisi və 3 timsah dərisi tapılıb.

Qaçaqmalçıların ilan dərilərini Malayziyadan gətirdiyi bildirilir.

Xəbər lenti