Xəzər Xəbər

İkinci Şopinq Festivalda sürprizlər olacaq VİDEO

Veb TV | 20:50 • 12 Oktyabr 2017
İkinci Şopinq Festivalda sürprizlər olacaq

Cəmi 3 gün sonra Bakıda ikinci Şopinq Festival keçirləcək. Noyabrın 15-dək davam edəcək festival çərçivəsində paytaxtda 467 ticarət obyektindən alınan mallara görə əlavə dəyər vergisi alıcıya geri qaytarılacaq. Bundan başqa, 111 ticarət obyektində də alıcılar üçün xüsusi endirimlər və hədiyyələr təşkil ediləcək. Festivalın üstünlüklərindən turistlərlə yanaşı, yerli vətəndaşlar da yararlana biləcəklər.

Bakıda ikinci Şopinq Festival təşkil olunacaq. 15 oktyabr-15 noyabr tarixləri arasında keçirləcək festival birinci festivaldan bir sıra üstünlükləri ilə fərqlənəcək.

Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, budəfəki festival üçün böyük reklam kampaniyası həyata keçirilir və nərticədə iştirakçı müəssisələrin sayı 202-dən 578-ə qədər artıb. Bu isə turist axınını stimullaşdıracaq.

Nazir bildirib ki, bu ilin 8 ayında Azərbaycana gələn turistlərin nağdsız ödənişləri 703 milyon manatı ötüb. İlk dəfə olaraq Azərbaycana gələn turistlərin xərclədikləri vəsait xarici ölkələrə üz tutan azərbaycanlıların xərclədikləri vəsaitdən 100 milyon manat çox olub. Əbülfəs Qarayev bu il ərzində əldə edilən uğurlar barədə də məlumat verib.

Tədbirdə vurğulanıb ki, ikinci şopinq festivala hazırlıq işləri tam yekunlaşdırılıb. "Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların ƏDV-sini geri ala biləcəklər.


Xəbər lenti