Xəzər Xəbər

Yeni energetika naziri kimdir? DOSYE

Gündəm | 17:36 • 12 Oktyabr 2017
Yeni energetika naziri kimdir?

Bu gün Azərbaycanın yeni energetika nazirinin kimliyi məlum olub. Prezident İlham Əliyevin sərəncamı ilə bu posta Pərviz Oqtay oğlu Şahbazov gətirilib.

XəzərXəbər-in məlumatına görə, Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.



1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilədək Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olub.

Ailəlidir, iki övladı var. İngilis, alman və rus dillərini bilir.

Qeyd edək ki, Pərviz Şahbazov Prezident Administrasiyasının İşlər müdiri Oqtay Şahbazovun oğludur.

Xəbər lenti