Xəzər Xəbər

6 yaşlı qızı maşın vurdu VİDEO

Veb TV | 20:35 • 12 Oktyabr 2017
6 yaşlı qızı maşın vurdu

Oğuzda minik avtomobili magistral yolu keçmək istəyən 6 yaşlı qızı vurub. Azyaşlı dünyasını dəyişib.

Minik avtomobili yolu keçən azyaşlını vuraraq öldürüb.

Hadisə ötən axşam Qaraməryəm-İsmayıllı-Şəki magistiralının Oğuzun Padar kəndi ərazisindən keçən hissəsində baş verib. Padar kənd sakini, 6 yaşlı Duyğu Məmmədəliyeva magistral yolu keçmək istəyərkən rayonun Kərimli kənd sakini, 31 yaşlı Səyid İbrahimovun idarə etdiyi minik avtomobili onu vurub.

Yaralı ağır vəziyyətdə Oğuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti