Xəzər Xəbər

Arda Turandan "Qalatasaray"a "Fənərbaxça" zərbəsi

İdman | 16:54 • 12 Oktyabr 2017
Arda Turandan "Qalatasaray"a

"Fənərbaxça" bundan əvvəl bir neçə dəfə heyətinə qatmat istədiyi, amma hədəfinə çatmadığı Arda Turan üçün yenidən hərəkətə keçib. İstanbul klubu "Barselona"da heyətə düşməyən, millinin İslandiya məğlubiyyətindən sonra hədəfə çevirilən futbolçunu transfer etmək üçün fəaliyyətə başlayıb.


"Takvim" qəzetinin məlumatına görə, "Fənərbaxça" rəsmiləri artıq Ardayla görüşüb və "Sənə təklifimiz hər zaman keçərlidi. Əgər gəlmək istəsən qapılarımız üzünə açıqdı. Bura hər zaman sənin evindi" deyibdər.


Olduqcu çətin günlər keçirən Ardanın bu təklifə müsbət yanaşıdığı və düşüncəyini bildirib.


Daha öncə verdiyi açıqlamalarda dəfələrlə "Türkiyədə "Qalatasaray"dan başqa klubda oynamaram" deyən Arda Turanın ilk seçiminin yenə "Qalatasaray" olacağı deyilir. Lakin hazırda klub rəhbərliyi onu istəsə də, azarkeşlər istəmir, hətta fanatlar futbolçunun gəlməməsi üçün imza kampaniyasına başlayıb. Belə olan halda Ardanın "Fənərbaxça"ya keçmək ehtimalı olduğu bildirilir./fanat.az

Xəbər lenti