Xəzər Xəbər

Ankarada qız qaçırma dəhşəti: Biri polis olmaqla 2 nəfər öldü

Hadisə | 15:00 • 12 Oktyabr 2017
Ankarada qız qaçırma dəhşəti:

Türkiyənin paytaxtı Ankara şəhərinin Poladlı rayonundan olan 25 yaşlı Ömər Doğan Kahramankazan rayonundan olan qohumu, 16 yaşlı R.D. ilə bir-birini seviblər. Ömər Doğan ailəsi və yaxınları vasitəsilə R.D. ilə evlənmək istəyini çatdırıb. Ailə bu istəyi rədd edib. Bundan sonra Ömər Doğan aralarında Əkrəm Gəncin də olduğu 3 dostu ilə Kahramankazan rayonunda ailəsi ilə birlikdə qalan R.D.-ni qaçırıb.

Qızlarının qaçırıldığını görən ailənin yaxınları avtomobillə təqibə başlayıb. Kahramankazandan başlayan qaçdı-tutdu Ankara dairəvi yolundan yenidən rayona qədər davam edib. Saatlarla davam edən qaçdı-tutduya rayonun İmrendi məhəlləsinə son qoyulub. Qızın yaxınları avtomobilin təkərlərinə atəş açaraq maşının sürətinin azalmasına, sonra da bu maşına dəyərək yoldan çıxmasına səbəb olur.

Avtomobillərdən düşən tərəflər arasında başlayan dava-dalaş zamanı qızın qardaşı 25 yaşlı Əbdülqadir Doğanın silahından çıxan güllə qızın qaçırıldığı avtomobilin sürücüsü, 6 uşaq atası Əkrəm Gəncə dəyir. Əkrəm Gənc hadisə yerindəcə ölür. Əraziyə gələn polis hadisə ilə bağlı 13 nəfəri həbs edir.

Hadisədən sonra Polis İdarəsində ifadə verərkən şübhəlilərdən xəstələnir və o, xəstəxanaya aparılır. Bu zaman baş verən qarşıdurmada bir polis əməkdaşı da gülləyə tuş gələrək ölür, şübhəlilərdən Əziz Erol da ağır yaralanır./faktxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti