Xəzər Xəbər

Mustafa Ceceli 5 minə dayə tutdu

Şou Biznes | 14:25 • 11 Oktyabr 2017
Mustafa Ceceli 5 minə dayə tutdu

Türkiyəli müğənni Mustafa Cecelinin filippinli dayə tutması həyat yoldaşı Selin İmerin hamilə olması xəbərini yenidən gündəmə gətirib.

İmerin 4 həftəlik hamilə olduğu deyilir. İkinci dəfə ata olacağını öyrənən Mustafa körpəsi üçün indidən hazırlıqlara başlayıb.

O, filippinli dayəyə 5 min lirə (təxminən 2500 manat) maaş verəcək.

Qeyd edək ki, bir qədər əvvəl ceceli ilə xanımı uşaqlarının olacağı xəbərini inkar etmişdilər.

Xatırladaq ki, Mustafa Ceceli 9 illik həyat yoldaşı Sinem Gedikdən boşandıqdan sonra Selin İmerlə ailə qurub. Müğənninin əvvəlki nikahından bir oğlu var./axsam.az

Xəbər lenti