Xəzər Xəbər

iPhone 8-in gizlinləri deşifrə edildi Təfərrüat - FOTO + VİDEO

Veb TV | 15:52 • 14 Sentyabr 2017
iPhone 8-in gizlinləri deşifrə edildi

Sentyabrın 12-də "Apple” şirkəti, iPhone 7 və iPhone 7 Plus modellərinin yeni versiyalarını və iPhone 8-i (başqa adı ilə iPhone X Edition) təqdim edəcəyi gözlənilir.

İlkin məlumatlara görə, iPhone 8,OLED ekranla təchiz olunacaq və bir çox yeni funksiyalara sahib olacaq.

Artıq internetə iOS 11 əməliyyat sistemi sızdırılıb. Sızıdırılmış əməliyyat sistemini incələmiş mütəxəxssislər, iPhone 8 barədə maraqlı məlumatları əldə ediblər.

Beləki incələnmiş əməliyyat sistemində iPhone 8-in dizayn fotolarına rast gəlinib. Həmin fotolara baxanda, smartfonun necə görünəcəyi haqqında heç bir şübhə qalmır.

Apple Pay-ə tez daxil olmaq üçün smartfonun yandırıb söndürmə düyməsinə iki dəfə klik etmək kifayət edəcək. Həmin knopkanı uzun zaman basılı saxladıqda isə Siri işə düşəcək. Sözügedən düymə ilə səs artırma düyməsini eyni anda basmaq sayəsində SOS əməliyyatını işə salmaq mümkün olacaq. Bir sıra məlumatlara əsasən iPhone 8, "Samsung” şirkətinin istehsal etdiyi 5.8 inç-lik OLED ekranla təchiz olunacaq. Sonuncu iPad Promodellərində olduğu kii yeni iPhone modelində də True Tone Display funksiyası olacaq. Bu funksiya, mühitdən aslı olaraq ekrandakı ağ rəngin avtomatik balanslaşdırılmasına yardımçı olur.

iPhone 8-in interfeysi

iPhone 8-də əvvəlki iPhone modellərində sistem idarəetməsi üçün nəzərdə tutulmuş fiziki "Home” düyməsinin olmayacağına görə, "Apple” onu əvəzləyən üsul tapıb. iPhone 8-də işə salınacaq bütün tətbiqlərin aşağı hissəsində "Home” düyməsini əvəzləyəcək dinamik zolaq hissəsi olacaq. Bunun necə görünəcəyi aşağıdakı foto nümunələrində əks olunub.

iPhone 8-in blokdan çıxarılma sistemi

iPhone 8-də ümumiyyətlə Touch ID funksiyası olmayacaq. Onun yerinə istifadəçi üzü skanı Face ID gələcək. Məlumata əsasən kamera, istifadəçinin üz hissəsini sürətli şəkildə skan edəcək. Bu halda istifadəçi, kameraya düz bucaq altında baxmalı olacaq. Face ID-nin ayarlanması haqqında təlimat videosu aşağıda əks olunub.

iPhone 8 kamerası

iPhone 8, aşağıda qeyd olunmuş formatlarda videolar çəkə biləcək:

– Saniyədə 240 kadr tezlikli 1080p keyfiyyətli videolar

– Saniyədə 24 kadr tezlikli 4K keyfiyyətli videolar

– Saniyədə 60 kadr tezlikli 4K keyfiyyətli videolar.

Portret çəkilişi üçün "Portrait Lightning” funksiyası əlavə olunacaq. Bu funksiya isə müxtəlif rejimləri dəstəkləyəcək: Contour Light, Natural Light, Stage Light, Stage Light Mono və Studio Light.Çox güman ki, bu rejimlər sayəsində portret çəkilişi zamanı kameranın işıqlandırma sistemindən müxtəlif vəziyyətlərə görə istifadə etmək mümkün olacaq. Bu funksiyaların köhnə modellər üçün də təqdim olunub-olunmayacağı bilinmir.

Animasiyalı smayliklər

iOS 11-də istifadəçilər öz baş hərəkətlərini təyin edib səslərini yazaraq, bu məlumatlar əsasında Animoji adlı animasiyalı smayliklər yarada biləcəklər. Həmin animasiyalı smayliklər aşağıdakı kimi görünəcəklər:

Yenilənmiş AirPods

İnternetə sızdırılmış iOS 11-in final versiyasında həmçinin yenilənmiş naqilsiz AirPods qulaqlıqları haqqında da məlumatlar aşkar edilib. Xarici görünüşdə olan dəyişikliklərdən, batareyadakı enerjinin göstərici indikatorunun ön hissəyə yerləşdirilməsini qeyd etmək olar.

Apple şirkəti OLED istehsal texnologiyasını incələmək üçün külli miqdarda avadanlıqlar alıb. Güman olunur ki, iPhone 8-in qiyməti 1000$-dan başlayacaq. Yüksək qiymət göstəricisi həmçinin yeni modeldə olacaq istifadəçi üzünün 3D skan texnologiyası ilə də əlaqəlidir.


Xəbər lenti