Xəzər Xəbər

Bakıda yük maşını qaçırıldı

Hadisə | 13:47 • 14 Sentyabr 2017
Bakıda yük maşını qaçırıldı

Bakıda yük avtomobili qaçırılıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 8-də Bakı şəhər sakini Niyaz Qənbərovun "QAZel” markalı avtomobili Qaradağ rayonu ərazisindən qaçırılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Şəmkir rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini İlqar Misirov avtomobillə birlikdə Şəmkir rayonu ərazisində saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti