Xəzər Xəbər

11 evi yaran şəxs tutuldu

Hadisə | 13:44 • 14 Sentyabr 2017
11 evi yaran şəxs tutuldu

Oğurluq etmiş şəxsin çoxsaylı oxşar əməlləri üzə çıxıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən avqustun 10-da Gəncə şəhər sakini Orxan Sadıqovun "QAZel” markalı avtomobilindən akkumulyator oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Əli İbrahimov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun iyun ayından indiyədək Gəncə şəhəri ərazisində 11 evdən və 6 avtomobildən pul, mobil telefon, akkumulyator, inşaat materialları və məişət əşyaları oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

Xəbər lenti