Xəzər Xəbər

Müəllimlərin əlavə yerləşdirilməsinin nəticələri açıqlanıb

Cəmiyyət | 11:35 • 14 Sentyabr 2017
Müəllimlərin əlavə yerləşdirilməsinin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci turu başa çatıb.

Təhsil Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, bu mərhələdə 933 nəfər müəllim olmaq hüququ qazanıb. Ümumtəhsil müəssisələrində işləyən 125 müəllim bu mərhələdə iş yerini dəyişib.

Müsahibədən uğurla keçərək müəllim adını qazanan namizədlər sentyabrın 15-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Namizədlərin nəticələri onların şəxsi səhifələrinə göndərilir.

Qeyd edək ki, müsabiqənin birinci mərhələsi üzrə 4 min 454 nəfər müəllim adını qazanıb.

Ötən və cari tədris ilində keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müvafiq keçid balını toplamış şəxslər barədə məlumatlar rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi saytında yerləşdirilib. Ümumtəhsil müəssisələrində boş qalan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul zamanı bal ardıcıllığı nəzərə alınmaqla həmin məlumatlardan istifadə olunması nəzərdə tutulub.

Xəbər lenti