Xəzər Xəbər

Daşkəsəndə kişi arvadını boğaraq öldürüb

Region | 11:18 • 14 Sentyabr 2017
Daşkəsəndə kişi arvadını boğaraq öldürüb

Daşkəsəndə qətl hadisəsi baş verib.

Rayonun Bayan kəndində 1984-cü il təvəllüdlü Həsənov Ramil Rafiq oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əzizova Könül Hafiz qızını boğaraq öldürüb.

Ailənin bir övladı var.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. (APA)

Xəbər lenti