Xəzər Xəbər

Piyadaların ən çox etdiyi 5 səhv: Keçidlərdən istifadə etmirlər - VİDEO

Veb TV | 20:50 • 13 Sentyabr 2017
Piyadaların ən çox etdiyi 5 səhv:

Son 6 ayda baş verən qəzaların 50 faizində piyadalar vurulub. Yol hərəkəti üzrə ekspert Tural Yusifov Azərbaycanda piyadaların ən çox etdiyi 5 səhvi açıqlayıb. Piyadalar keçid ola ola ordan keçmir. Yaxud maşının birini nəzərə alır, amma onun arxasınca gələni fikirləşmir. Piyadaların ən çox etdiyi səhvlərdən biri də səkiylə deyil, yolun hərəkət hissələrindən istifadə etmələridir.

Kimi yola baxmır, kimi isə piyada keçidi olsa belə ondan istifadə eləmir. 2017-ci ilin son 6 ayı ərzində baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub.Bəzi qəzalarda səhvlik piyadaların özlərində olur.

Yol hərəkəti üzrə ekspert Tural Yusifov Azərbaycanda piyadaların ən çox etdiyi 5 səhvin olduğunu deyir .Onun sözlərinə görə baş verən qəzaların əksəriyyəti elə bu səhvlər səbəbindən olur.

Sürücülər üçün ən təhlükəli piyadalar isə yolun yarısına qədər gəlib keçməkdə tərəddüd edənlərdi.

Piyadaların ən çox etdiyi səhvlərdən biri də səkiylə deyil yolun hərəkət hissələrindən istifadə etmələridir.

Və ən təhlükəli məqam isə piyadaların etdikləri bu səhvlərə öz övladlarını da ortaq etmələridir.Nəticədə isə valideynindən bu yanlış addımı öyrənənlərin də gələcəkdə həyatlarını təhlükəyə atmaları qaçınılmazdır.


Xəbər lenti