Xəzər Xəbər

Kredit götürdü və borcunu tam ödədi - Lakin bank vətəndaşa yenidən borc yazdı - VİDEO

Veb TV | 20:53 • 13 Sentyabr 2017
Kredit götürdü və borcunu tam ödədi -

Mingəçevir sakini bankdan manatla kredit kartı götürüb. Lakin onun borcunu dollarla hesablayaraq üzərinə cərimə faizi gəliblər. Maaşının hamısını da həmin borca siliblər.

Manatla kredit kartı götürdü, amma borcu dollarla hesablayıb üzərinə faiz də gəldilər.

Mingəçevir sakini Esmira Hidayətova 2 il öncə "AccessBank"ın həmin şəhərdəki filialından kredit götürüb və 3 ay əvvəl borcunu tam ödəyib. Müştəriyə kredit borcunun tam ödənildiyi barədə qəbz də təqdim olunub. Lakin ötən gün ona bildirilib ki, bir neçə il əvvəl aldığı kredit kartına görə banka borcu qalıb.

140 manat məvacibin hamısı da həmin borca görə tutulub.

Esmira Hidayətova deyir ki, kredit kartını dollarla yox, manatla alıb. Sonradan ona deyilən cərimə faizini də ödəyib.

Məsələ ilə bağlı "AccessBank"dan "Xəzər Xəbər"ə bildirildi ki, Esmira Hidayətova kredit kartını dollarla götürüb. Onun bu kartda 67 dollar əsas borcu qalıb və üzərinə 67 dollar da cərimə gəlib. Vaxtında ödəmədiyi üçün onun 67 dollar əsas borcu, yəni 114 manat 50 qəpik hesabındakı puldan silinib. Cəriməsi isə bağışlanıb. Qalan 25 manat 50 qəpiyi isə istənilən vaxt Mingəçevir filialına yaxınlaşaraq ala bilər.


Xəbər lenti