Xəzər Xəbər

Yük maşını aşdı Sürücünü FHN əməkdaşları qurtardı

Hadisə | 14:53 • 13 Sentyabr 2017
Yük maşını aşdı

Beyləqan rayonu ərazisində yük maşını qəza törədib.

FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində "MAZ" markalı yük avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti