Xəzər Xəbər

Aygün Kazımovadan milyon manatlıq KONSERT HAZIRLIĞI: “Hələ belə həyəcanlanmamışdım”

Şou Biznes | 14:37 • 12 Sentyabr 2017
Aygün Kazımovadan milyon manatlıq KONSERT HAZIRLIĞI:

Xalq artisti Aygün Kazımova bu gün media nümayəndələrini başına yığaraq mətbuat konfransı keçirib.

Heydər Əliyev adına idman konsert kompleksində baş tutan tədbir sənətçinin 22 sentyabr tarixində "Crystall Hall”da baş tutacaq "30 il” adlı konsertinə həsr olunub.

Makiyajsız formada tədbirə qatılan A.Kazımova jurnalistlərin suallarını cavablandırıb: "30 il mənim üçün heç nədir. Özümü indi doğulmuş kimi hiss edirəm. 8 aydır bu konsertə hazırlaşıram. Ürəkdən inanıram ki, möhtəşəm olacaq. 70 nəfərə yaxın komandamız var. Hər kəsə inamım sonsuzdur. Bilirəm ki, onlar işlərini vaxtından və səliqəli yerinə yetirəcəklər. Geyimlərim üzərində də bir neçə aydır Rüfət İsmayıl işləyir. "Şırşırlı”, "pırpırlı” geyimlərlə qarşınızda olacam. Ancaq indiyədək heç bir konsert üçün hələ belə həyəcanlanmamışdım”.

Konsertin büdcəsini tam olaraq açıqlamayan Xalq artisti 1 milyon manata yaxın xərcinin olduğunu deyib: "Büdcə haqqında tam məlumat vermək istəmirəm. Ancaq burada milyondan söhbət gedir”.

Aygün Kazımova 22 sentyabr tarixini seçməsinin səbəbini açıqlayaraq, bu rəqəmin ona uğur gətirəcəyinə inandığını bildirib: "Evdə oturmuşdum. Birdən Almaniyada yaşayan dostum mənə yazdı ki, "Səni təbrik edirəm. Almaniyada özünə villa almısan”. Sonra villanın fotosunu mənə göndərdi. Baxdım ki, villanın qarşısına "Aygün 22” yazılıb. Dedim "Haradadır mən də o bəxt? Mənim villam deyil”. Həmin günü də ayın 22-i idi. Axşam isə konsert barədə düşünəndə saata baxırdım. Gördüm 22:22-dir. Fikirləşdim ki, bu iyirmi ikilər əbəs deyil və mənə uğur gətirəcək”.

Xalq artisti daha sonra konsertə gələn qonaqlara 10 ədəd avtobus ayrıldığını deyib. Qonaqlar sırasında onun 30 illik səhnə fəaliyyətində yanında olan Vaqif Gərayzadə, Cavanşir Quluyev kimi şəxslərin olacağını söyləyən sənətçi iki saat səhnədə qalacağını bildirib: "Səhnədə 18 mahnı səslənəcək. Yalnız bir duet olacaq. O, isə təzə fəaliyyətə başlayan reperlədir. İstedadlı gənc olduğu üçün ona təkan vermək istədim”.

Qeyd edək ki, Xalq artisti reperin adını açıqlamasa da, onun sosial şəbəkələrdə tanınan Coni adlı gənc reper olduğu güman edilir. Adıçəkilən reper müğənnilərin hazır mahnıları rep yazmaqla onların diqqətini cəlb edib. O, ən son Aygün Kazımovanın "Hey gidi günler” mahnısına rep yazıb./publika.az

Xəbər lenti