Xəzər Xəbər

Bölgələrdə tütünçülüyə maraq artır VİDEO

Veb TV | 20:54 • 13 Avqust 2017
Bölgələrdə tütünçülüyə maraq artır

Tütünçülüyün inkişafına dövlət dəstəyi xüsusi ilə də qəbul olunan dövlət proqramı bu sahəyə bölgələrdə marağın artmasına səbəb olub. Bir sıra rayonlarda tütün sahələrinin həcmi öncəki illə müqayisədə artıb. Bu sahənin inkişafı yüzlərlə milyon dolların ölkədə qalmasına gətirib çıxaracaq.

Dövlət başçısının tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün dövlət proqramı ilə bağlı imzaladığı sərəncam bu sahənin sistemli inkişafına böyük imkanlar yaradıb. Belə ki, sovet dövründə 18 min hektarda əkilən tütün sahələri indi cəmi 2.4 min hektar təşkil edir. Halbuki bu sahədə əkin və istehsalı dəfələrlə artırmaq imkanı var.

İqtisadçı alim Vüqar Bayramov bildirir ki, tütün və tütün məmlulatlarının böyük qismi xaricdən gətirilir və buna görə yüz milyonlarla dollar vəsait ölkədən kənara çıxır. Yeni proqram bu vəsaitlərin ölkədə qalmasına səbəb olacaq.

Vüqar Bayramov onu da qeyd edir ki, tütünçülüyün inkişafına dövlət dəstəyi bölgələrdə işsizlik probleminin həllində böyük rol oynayacaq.

Azərbaycanda tütünçülüyün ən çox inkişaf etdiyi yerlərdən biri olan Şəkidə də bu sahəyə maraq getdikcə artır. Sahibkarlar bildirir ki, dövlətin dəstəyi onlara tütün sahələrini genişləndirmək üçün başlıca stimuldur.

Onu da qeyd edək ki, tütünçülük əsasən şimal-qərb bölgəsində inkişaf edib.. Dövlət başçısının müşavirəni məhz bu bölgədə keçirməsi də təsadüfi deyildi. Dövlət proqramının icrası nəticəsində Azərbaycanda nəinki tütünlə daxili tələbatı tam ödəmək eyni zamanda xarici ölkələrə yüksək keyfiyyətdə tütün məmulatları ixrac etməklə ölkəyə valyuta axınını təmin etmək planlaşdırılır.


Xəbər lenti