Xəzər Xəbər

Bakıda mağazadan oğurluq anı KAMERA GÖRÜNTÜSÜ

Veb TV | 20:52 • 13 Avqust 2017
Bakıda mağazadan oğurluq anı

Bakıda şəhərin mərkəzində bahalı geyim mağazasından oğurluq olub. Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına da düşüb. Zərərçəkmiş mağaza sahibi həmin görüntüləri ''Xəzər Xəbər'' in vatsap nömrəsinə göndərib.

Əynindəki köynəyin üstündən təzəsini geyinərək özünü müştəri kimi göstərir.

Amma əsl niyyəti köynəyi almaq yox, oğurlamaq olub. Görüntülər Bakıda Səbail rayonu Nizami küçəsindəki mağazalardan birindəndir.

Bahalı geyim mağazasına daxil olan 25-30 yaşlı bir kişi əynindəki köynəyin üstündən təzəsini geyinərək güya onu almaq istəyir. Bir müddət sonra o, mağazada çox müştəri olduğunu və satıcıların onlara başları qarışdığını görüb həmin köynəyi çıxararaq öz köynəyinin alında gizlədir.

Bütün olanlar isə mağazanın təhlükəsizlik kamerasına düşüb. Şəxsiyyəti hələki məlum olmayan şəxs mağazanı dərhal tərk etmir ki, ətrafdakılar şübhələnməsin. O, biraz mağazanın içində gəzərək vitrindəki digər paltarlara baxır.

Fürsət tapan kimi isə mağazadan çıxıb gedir. Mağzanın satıcısı Yusif Yusiflinin sözlərinə görə, həmin köynəyin 40 manat qiyməti olub. Onlar hadisə barədə axşam kameralara baxarkən xəbər tutublar. Dərhal ərazi üzrə polis bölməsinə məlumat veriblər. Mağazaya gələn polis indi görüntülər əsasında həmin şəxsi axtarır.


Xəbər lenti