Sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı gündə
1 milyon artır
Hər gün sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 1 milyon
artır.
"The Next Web” nəşrində dərc edilmiş "We Are Social” və "Hootsuite”
platformalarının son hesabatına əsasən, sosial şəbəkələrdə aktiv
istifadəçilərin sayı 3 milyardı ötüb.
Hazırda dünyada ən böyük
sosial şəbəkə "Facebook”-dur. Bu sosial şəbəkənin auditoriyası 2
milyard aktiv istifadəçidən ibarətdir. Onların 87%-i mobil
qurğulardan istifadə edir, 59%-i isə hər gün "Facebook”-a daxil
olur.
Aktiv istifadəçilərinin sayı 1,5 milyard təşkil edən "YouTube”
video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Aktiv
istifadəçilərinin sayına görə növbəti yerləri "WhatsApp”, "Facebook
Messenger” və "WeChat” messencerləri tutublar.
"Telegram” messencerinin auditoriyası 100 milyon aktiv
istifadəçidən ibarətdir və bu göstərici üzrə "VKontakte” sosial
şəbəkəsini geridə qoyur. Bu yaxınlarda Pavel Durov məlumat verib
ki, hər gün sözügedən messencerdə 600 min insan qeydiyyatdan
keçir./publika.az