Xəzər Xəbər

Azərbaycan Rusiya ilə hərbi əməkdaşlığı genişləndirir

Gündəm | 11:07 • 13 Avqust 2017
Azərbaycan Rusiya ilə hərbi əməkdaşlığı genişləndirir

Rusiya və Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

TASS-ın məlumatına görə, bunu Moskvada jurnalistlərə açıqlamasında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

"Bizdə hərbi sahədə çox istiqamətlərdə əməkdaşlıq inkişaf edir - hərbi-texniki əməkdaşlıq sahəsində, hərbi təhsil, birgə təlimlər və məşğuliyyətlər sahəsində. Mən hesab edirəm ki, bizdə böyük perspektivlər var, gələcəkdə bu əməkdaşlığı inkişaf etdirəcəyik", - deyə Z.Həsənov bildirib.

General xatırladıb ki, Rusiya və Azərbaycan Xəzər dənizində birgə təlimlər keçirib.

Z.Həsənovun sözlərinə görə, Azərbaycandan bir çox zabitlər və kursantlar Rusiya Federasiyasının hərbi təhsil müəssisələrində təhsil alırlar: "Rusiyada istehsal olunan bir çox texnika Azərbaycan ordusunun silahlanmasında var".

Xəbər lenti