Xəzər Xəbər

48 milyon insan eyni anda məhv olacaq QORXUNC SSENARİLƏR

Dünya | 15:33 • 12 Avqust 2017
48 milyon insan eyni anda məhv olacaq

ABŞ-ın və Şimali Koreya arasında mümkün hərbi qarşıdurma ssenariləri hər iki ölkənin bir-birinə qarşı səsləndirdiyi kəskin bəyanatlarından sonra daha çox müzakirə edilir.

2016-cı ildə Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə bombasının iki sınağını keçirdi. Ötən ay isə qitələrarası raketlərin iki müvəffəqiyyətli sınağı baş tutdu. Son sınaqlar göstərdi ki, Şimali Koreya ərazisindən buraxılmış raket ABŞ-ın kontinental hissəsinə, məsələn Denver və ya Çikaqoya çata bilər.

Maraqlıdır ki, qarşılıqlı təhdidlər ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atmasının növbəti ildönümünə təsadüf edir. ABŞ-ın müttəfiqləri olan Yaponiya və Cənubi Koreya artıq Şimali Koreya raketlərinin mümkün zərbələrini dəf etməyə hazırlaşırlar. Əgər müharibə başlanacaqsa, ilk olaraq onların əraziləri zərər görəcək, nəinki KXDR-ə daha uzaq olan ABŞ.

Mümkün ssenarilər

Bəyanatlar icraata yönəldilərsə hansı ssenarilərlə qarşılaşa bilərik?

XəzərXəbər xəbər verir ki, ABŞ-ın "Bloomberg" nəşri KXDR ilə müharibənin necə görünəcəyinə dair məqalə dərc edib.

Birinci sual bundan ibarətdir ki, ABŞ önləyici zərbə vuraraq KXDR raket komplekslərinin hamısını birdən sıradan çıxara biləcəkmi? Bu, mümkün deyil, çünki onlar səpələnib və ölkənin bütün dağlıq ərazisi üzrə gizlədilib. Xüsusi halda, Şimali Koreya təbliğatı ilə yaxın vaxtlarda da təsdiq edildi ki, raket şaxtaları və kompleksləri tunellərdə gizlədilib.

Mümkün ssenariyə görə, KXDR-in salamat qalmış raket sistemləri ilə Seul (Cənubi Koreya paytaxtı, 10 milyon əhalisi var), Tokio (Yaponiyanın paytaxtı, 38 milyon əhalisi var), həmçinin Yaponiya, Cənubi Koreya və Quam adasında yerləşən bazalardakı on minlərlə Amerika hərbçisi vurulacaq.
Mümkündür ki, zərbələr üçün artıq nüvə vacib olmasın. Şimali Koreyada kifayət qədər artilleriya sistemi var, həmçinin kimya və bakterioloji silahın mövcudluğu haqqında şübhələr var.
Əlbəttə, Yaponiya və Cənubi Koreyada raket əleyhihə müdafiə sistemləri olsa da, onların Şimali Koreya raketlərinin hamısını vura biləcəyinə zəmanət yoxdur.

"Bloomberg" yazır ki, Yaponiya vətəndaşlar üçün artıq izahedici kampaniya keçirməyə başlayıb: ən yaxın yerə raket düşərsə nə etmək lazımdır, yaxud da ən yaxın sığınacağa necə getmək olar.
Daha bir əhəmiyyətli nüans ondan ibarətdir ki, Şimali Koreya qaçılmaz hücum əlamətlərini görərsə birinci önləyici raket zərbəsini vura bilər. Məsələn, yapon və ya Cənubi Koreya hərbiçilərinin səfərbərliyi, Amerika vətəndaşlarının təxliyyəsi bu cür əlamətlərdəndir.

Nəşr qeyd edir ki, Şimali Koreya artilleriyasını tamamilə məhv etmək üçün quru əməliyyatının keçirilməsi lazım olacaq. Buna isə ABŞ prezidenti Donald Trampın heç hazır olmadığı bildirilir.
Xatırladaq ki, BBC telekanalı hələ aprel ayında Pentaqondakı mənbələrə istinadən ABŞ-ın Şimali Koreyada vuracağı 4 əsas hədəfin adlarını açıqlayıb. Bunlar Şimali Koreyanın Punggye bölgəsində yerləşən nüvə silahlarının sınaq qərargahı, Sinpo liman şəhərindəki sualtı nüvə silahları bazası, Yongbyon şəhərindəki nüvə təsisatı mərkəzi və Tongçang bölgəsindəki raket atəşi qərargahıdır.
Əlavə amillər

KXDR-ə qarşı mümkün hərbi əməliyyat Çinin böyük müqaviməti ilə qarşılaşacaq. Bu yalnız onunla bağlı deyil ki, onun sərhədlərində Amerika hərbçiləri olacaq, həm də Şimali Koreyadan Çinə böyük qaçqın axını gözlənilir. Buna görə də Pekin Pxenyan rejiminin sabitliyini sona qədər dəstəkləyəcək.
Nəhayət, silahlı qarşıdurmanın iqtisadi nəticələri olduqca zərərli olacaq. Hazırda Cənubi Koreya texnoloji və inkişaf cəhətdən inkişaf etmiş ölkədir, amma müharibə işgüzar fəallığı kəskin aşağı salacaq. "Bloomberg" yazır ki, hətta nüvə bombasının tətbiqi olmadan belə aparılan müharibə bütün region və dünya üzrə özünün mənfi nəticələrini göstərəcək.

"Nüvə münaqişəsi və humanitar böhrandan sonra Koreya yarımadasının iqtisadiyyatının yenidən qurulması Çin, ABŞ və Avropa İttifaqının başçılığı ilə əhəmiyyətli beynəlxalq əməkdaşlığı tələb edəcək. İqtisadiyyatın bərpasına on il gedə bilər", - IHS Markit şirkətinin Asiya-Sakit okean istiqaməti üzrə baş iqtisadçı Radjiv Bisvasa deyib.

ABŞ və Şimali Koreyanın sərt ritorikasına baxmayaraq, tamamilə mümkündür ki, müharibə olmasın.
"Hər iki tərəfdən ritorika oxşardır. Sanki iki dələduz həyətdə bir-birinin üstünə qışqırır", - Pusan Milli Universitetinin professoru Robert Kelli vurğulayıb.

Bununla belə, Şimali Koreya ətrafında gərginlik artır və BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalar Pxenyanın mövqeyinə heç bir təsir etməyib. Kim Çen Inın ABŞ-ı nüvə düyməsi ilə hədələməməsi üçün təsirin başqa vasitələri lazımdır.(publika.az)

Xəbər lenti