Xəzər Xəbər

2 nəfər istidən öldü

Dünya | 16:32 • 19 İyun 2017
2 nəfər istidən öldü

Pireney yarımadasında hökm sürən şiddətli istilər insan itkisinə səbəb olub.

İspaniyada iki nəfər günvurma nəticəsində həyatını itirib.

Bundan başqa, Kataloniya regionunda 150-yə yaxın adam xəstəxanaya müraciət edib.

Qeyd olunur ki, İspaniyanın 22 əyalətində temperatur 40 dərəcədən artıqdır.

Yerli meteoroloqların proqnozuna görə, bu cür temperaturun yaxın günlərdə davam edəcək./trend

Xəbər lenti