Xəzər Xəbər

Qurban Qurbanov püşkü dəyərləndirdi

İdman | 15:48 • 19 İyun 2017
Qurban Qurbanov püşkü dəyərləndirdi

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinün püşkünü dəyərləndirib.

XəzərXəbər xəbər verir ki, klubun saytına açıqlamasında o, rəqibləri olan Gürcüstan çempionu "Samtredia” ilə bağlı fikirlərini açıqlayıb:

"Bizə 5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" "Qarabağ”ı daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin "Qəbələ”ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır. Hazırda onlarda çempionat davam edir, bu da rəqibin üstünlüyüdür. Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk".

Xəbər lenti