Xəzər Xəbər

ABŞ-da rekord məbləğdə cekpot udulub

Dünya | 15:13 • 19 İyun 2017
ABŞ-da rekord məbləğdə cekpot udulub

ABŞ-da adı açıqlanmayan bir şəxs Powerball lotereyasından rekord məbləğ hesab olunan 448 milyon dollar qazanıb.

Qaydalara əsasən, sözügedən bu uduşlu bileti satan mağaza Powerball-dan 1 milyon dollar əldə edəcək.
Qeyd edək ki, lotereyanın qaydalarına əsasən, qalib şəxs cekpotu ya bir hissəsini, ya da 29 il ərzində bütün məbləği əldə edə bilər.

Həmçinin o uduşlu məbləğ ilə vergi də ödəməlidir.

Xəbər lenti