Xəzər Xəbər

Bu videoçarxlar “Youtube”dan silinəcək XƏBƏRDARLIQ

Dünya | 14:51 • 19 İyun 2017
Bu videoçarxlar “Youtube”dan silinəcək

"Google” şirkəti "YouTube”da yayınlanan ekstremist videoçarxlara nəzarəti gücləndirəcək.

Bu barədə "Google” yaydığı bəyanatda vurğulayıb.

Buna görə şirkət videoarxların avtomatik yayınlanması və silinməsinə nəzarət sistemini yeniləyəcək. Terrorizm elementləri, ekstremist çağırışlar olan videoçarxlar dərhal müəyyən ediləcək və silinəcək.

Bu çarxlara baxan izləyicilərə onun məzmunu barədə bildiriş göndərilməsi də nəzərdə tutulur.

Xəbər lenti