Xəzər Xəbər

Azərbaycanın ən gözəl qızı və yaraşıqlı oğlanı seçildi FOTOLAR

Şou Biznes | 13:15 • 19 İyun 2017
Azərbaycanın ən gözəl qızı və yaraşıqlı oğlanı seçildi

İyunun 17-də "Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsinin final mərhələsi keçirilib.

Yarımfinaldan finala vəsiqə qazanan 17 qız və 17 oğlan iştirakçı yarışmada birinci olmaq uğrunda mübarizə aparıb.

Sonda qaliblər Raziyyat Əliyeva ("Miss Azerbaijan – 2017”) və Əli Hüseynov ("Mister Azerbaijan – 2017”) olub.

Qeyd edək ki, "Miss Azerbaijan” Milli gözəllik müsabiqəsirespublikamızda 1996-cı ildən etibarən keçirilir. Müsabiqənin təsisçi və təşkilatçısı Orduxanova Anelya Abdullayevnadır.


oxu.az

Xəbər lenti