Xəzər Xəbər

Bura maşın bazarının qarşısıdır: Yolun ortasında sövdələşmə gedir - VİDEO

Veb TV | 20:58 • 18 İyun 2017
Bura maşın bazarının qarşısıdır:

İndi bir çox maşın alveri ilə məşğul olan şəxslər avtomobili bazarda satmaqdansa elə yolun kənarında alıb satışı ilə məşğul olurlar. Bakıda Badamdar qəsəbəsində yolun kənarında belə alıcılara rast gəlmək olur. Yola sıra ilə düzülən bu şəxslər oradan keçən sürücülərə əl yelləyib, avtomobili satıb-satmadığını soruşurlar. Beləcə sövdələşmə baş tutur.

Yolun kənarında dayanaraq hərəkətdə olan avtomobillərə əl yelləyirlər. Avtomobilini satmaq istəyən şəxslər isə maşını saxlayıb bu alıcılarla sövdələşmə aparır.

Bir qurup Avtomobil alış-satışı ilə məşğul olan şəxslər artıq bazarda yox məhz bu ərazidə çalışmağa üstünlük verirlər. Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsi ərazisində daha dəqiqi maşın bazarına gedən yolda bir neçə istiqamətdə sıra ilə dayanan bu şəxslər avtomobil almaq üçün yoldan keçən sürücülərə əl yelləyirlər. Beləcə, avtomobilini bazara çıxarmaq istəyən şəxs ora daxil olmamış elə bu alıcılarla razılaşıb maşını satır. Alıcıların sözlərinə görə, onlar əsasən həftənin istirahət günləri, səhər saatlarında bu əraziyə gəlirlər.

Həm alıcılar, həm də satıcılar deyir ki, bazara girməmiş avtomobili satmağın üstünlüyü bazar xərclərindən azad olmaq və vaxt itkisinin qarşısını almaqdır. Burada əsasən ikinci əl və azərbaycanda sürülmüş avtomobillər satıldığı üçün qiymətlərdə ele də böyük fərq yoxdur. Avtomobil alverçiləri deyir ki, istər bazarda olsun istərsə də bazar kənarında onsuz da alqı satqı sövdələşmə ilə baş tutur. Ona görə də qiymət bazardakından təxminən 300 manat fərqlənə bilər.

Alıcılar deyir ki,buradan alınan avtomobilin üzərinə müəyyən məbləğ qoyulmaqla ya rayonlarda, ya da ki elə maşın bazarlarına çıxarıb satırlar.

Ancaq,avtomobil satmaq istəyən şəxslər yolun hərkət hissəsində maşını saxlıyıb sövdələşmə apardığından yolda bəzən sıxlıq yaranır.Buna görə də həm yol polisi ,həm də post patrul xidməti əməkdaşları tərəfindən avtomobillər yoldan kənarlaşdırılır.


Xəbər lenti