Azərbaycanlılar evlilik verilişindən nə qazanır? - Fantastik qiymətlər

Türkiyənin məşhur evlilik proqramları hər zaman insanlar tərəfindən müzakirə olunur.
Şrift ölçüsü:

Şou biznes 18:00 – 11.1.2017

Bu cür proqramlar reytinqdə ön sırada olmaqla yanaşı böyük qalmaqallarla da tez-tez gündəmə gəlirlər.

İzdivac verilişlərində ən çox müzakirə olunan məsələ isə iştirakçıların tamaşaçının inandığı kimi yox, əslində ssenariyə uyğun olaraq özünü aparmasıdır. Demək olar ki, hər həftə Türkiyədə bu tipli verilişlərə azərbaycanlılar da qatılır. Artıq elə bir izdivac proqramı yoxdur ki, orada türklərlə yanaşı, azərbaycanlı namizədlər də oturmasın.

Maraqlıdır ki, Türkiyə mətbuatının apardığı araşdırmaya əsasən, namizədlər Zühal Topal və ya Esra Erolun proqramlarına təkcə məşhurluğa görə yox, məhz həftəlik maaş müqabilində qatılırlar.

Ən çox Zühal Topalın aparıcılıq etdiyi proqramda bu cür halların baş verdiyi qeyd edilib.

Sözügedən proqramdan çıxan şəxslər dəfələrlə mətbuata açıqlama verərək verilişin saxta olduğunu, iştirakçıların model agentliklərindən seçildiyini bildiriblər.

Bundan əlavə, müqavilə şərtləri isə namizədlərin istəyinə uyğun seçilir. Belə ki, onlar arasında sürücü istəyən, ayda bir dəfə başqa ölkəyə istirahətə getmək eşqinə düşən, gündəlik benzin xərci tələb edənlər var. Həftəlik ödənişlər isə tanınmış və qalmaqallı iştirakçılara görə dəyişir. Məsələn, bir neçə evlilik verilişinə transfer olan Hanifə adlı gəlin namizədi həftəlik 5 min TL qazanır.

Təkcə bəy-gəlin namizədlərinə yox, efirdə şərh bildirən şəxslərə də pul verilir. Onlar 
gündəlik 50-200 türk lirəsi dəyərində qonorar alırlar. İştirakçıların aldığı maaş 3500-9000 arası dəyişir.

İzdivac verilişində azərbaycanlı gəlin namizədi Naz Milana isə kifayət qədər qalmaqallı və verilişin əsas qəhrəmanlarından biridir. Onun verilişdə göstərdiyi "şou”lardan hər kəsin məlumatlıdır. Hətta, bahalı gəlin namizədi digər evlilik verilişlərinin diqqətində olub. Naz bir neçə verilişlərə transfer olsa da, onun son dayanacağı Zühalın proqramıdır.

Bundan əvvəl dəfərlər verilişdə azərbaycanlı modellər də iştirak edib. Onlardan Fatimə, Esmiranı, Əli Əkbəri misal çəkə bilərik. Onların izdivac verilişinə model agentlikləri vasitəsiylə qatılması və qonorar alması istisna edilmir./qafqazinfo


2556 dəfə oxunub


Digər xəbərlər


Serenay Neslihandan daha BAHA OLDU - FOTOLAR
17:07 – 19.1.2017

Məşhur cins firmasının siması olan Serenay Sarıkaya indi də şampun firmasının reklam üzü olacaq.

"Kara Sevda" gözlənilən nəticəni vermədi - SİYAHI
13:53 – 19.1.2017

Ötən gün yayımlanan serial və verilişlərin reytinqi açıqlanıb.

54 yaşlı milyarderin özündən 30 yaş kiçik sevgilisi - FOTOLAR
17:34 – 18.1.2017

Rusiyalı milyarder Vladislav Doronin 23 yaşlı model sevgilisi Kristina Romana ilə özəl fotoları yayılıb.

Cennifer Lopez qırmızı libası ilə rekord qırır - foto
15:16 – 18.1.2017

Müğənni Cennifer Lopez yeni layihəyə hazırlaşır.

Ancelina Colinin qızının əsl anası ortaya çıxdı - 12 il sonra
14:28 – 18.1.2017

Aktrisa Ancelina Colinin övladlığa götürdüyü Zaharanın bioloji anası ona müraciət edib.

Şou-biznesin maşınsızları - Vüsalə, Elnur, Firuzə...
13:57 – 18.1.2017

Azərbaycanlı müğənnilərinin toydan əldə etdikləri gəlirləri, evləri, maşınları çox müzakirə edilir.

Ebru Gündeş üç illik səssizliyini pozur
13:22 – 18.1.2017

Müğənni Ebru Gündeş üç illik fasilədən sonra yeni albom hazırlıqlarına başlayıb.

Hamilə aktrisa ərə gedir - FOTO
17:42 – 17.1.2017

31 yaşlı aktrisa Amanda Seyfred ana olmağa hazırlaşır.

Üç həftədir yayımlanmayan məşhur türk serialı ilə bağlı son qərar
17:39 – 17.1.2017

ATV-də yayımlanan "Eşkıya dünyaya hükümdar olmaz" serialının yeni seriyasının tarixi bəlli olub.

Hadisə soyuq havada nazik geyimi ilə gündəmdə - FOTOLAR
16:01 – 17.1.2017

Türkiyənin qalmaqallı müğənnisi Hadisə ötən gün anası və bacıları ilə birlikdə Kuruçeşmədə qəlyanaltı ediblər.







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi