Bu gün Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür

Bu gün Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın 80 yaşı tamam olur.
Şrift ölçüsü:

Şou biznes 10:19 – 28.12.2016

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakıda dünyaya göz açıb. M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. 1961-ci ildən Opera və balet teatrının solistidir.

O, 1975-ci ildə Azərbaycan Respublikasının xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına, 1985-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatına layiq görülüb.

Z.Xanlarova dünyanın ən möhtəşəm konsert salonlarında, radio dalğalarında milyonlarla ürəyi fəth edən sehrkar bir səsə malikdir. Bu səsi ilə Azərbaycanı bütün dünyada tanıdıb. Qastrol səfərləri zamanı dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni hərarətlə qarşılanır, eyni coşqunluqla alqışlanır.

O, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflərə, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordeni, "İstiqlal" ordenlərinə layiq görülüb.

Zeynəb Xanlarova əvəzsiz bir ifaçı olmaqla, Azərbaycan Akademik Opera və Balet teatrının səhnəsində baş rollar oynayıb, sənət möcüzələri yaradıb. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizin səhifələrində adəbi qalacaq obrazlardır.

Onun XX əsr Azərbaycan ifaçılıq sənətində bəlkə də heç kəsin heç zaman qalxa bilməyəcəyi bir zirvəsi var. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların müəllifidir.

Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) deputatı olub, bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı olan Z. Xanlarova 2015-ci ildə yenidən millət vəkili seçilib.


427 dəfə oxunub


Digər xəbərlər


Serenay Neslihandan daha BAHA OLDU - FOTOLAR
17:07 – 19.1.2017

Məşhur cins firmasının siması olan Serenay Sarıkaya indi də şampun firmasının reklam üzü olacaq.

"Kara Sevda" gözlənilən nəticəni vermədi - SİYAHI
13:53 – 19.1.2017

Ötən gün yayımlanan serial və verilişlərin reytinqi açıqlanıb.

54 yaşlı milyarderin özündən 30 yaş kiçik sevgilisi - FOTOLAR
17:34 – 18.1.2017

Rusiyalı milyarder Vladislav Doronin 23 yaşlı model sevgilisi Kristina Romana ilə özəl fotoları yayılıb.

Cennifer Lopez qırmızı libası ilə rekord qırır - foto
15:16 – 18.1.2017

Müğənni Cennifer Lopez yeni layihəyə hazırlaşır.

Ancelina Colinin qızının əsl anası ortaya çıxdı - 12 il sonra
14:28 – 18.1.2017

Aktrisa Ancelina Colinin övladlığa götürdüyü Zaharanın bioloji anası ona müraciət edib.

Şou-biznesin maşınsızları - Vüsalə, Elnur, Firuzə...
13:57 – 18.1.2017

Azərbaycanlı müğənnilərinin toydan əldə etdikləri gəlirləri, evləri, maşınları çox müzakirə edilir.

Ebru Gündeş üç illik səssizliyini pozur
13:22 – 18.1.2017

Müğənni Ebru Gündeş üç illik fasilədən sonra yeni albom hazırlıqlarına başlayıb.

Hamilə aktrisa ərə gedir - FOTO
17:42 – 17.1.2017

31 yaşlı aktrisa Amanda Seyfred ana olmağa hazırlaşır.

Üç həftədir yayımlanmayan məşhur türk serialı ilə bağlı son qərar
17:39 – 17.1.2017

ATV-də yayımlanan "Eşkıya dünyaya hükümdar olmaz" serialının yeni seriyasının tarixi bəlli olub.

Hadisə soyuq havada nazik geyimi ilə gündəmdə - FOTOLAR
16:01 – 17.1.2017

Türkiyənin qalmaqallı müğənnisi Hadisə ötən gün anası və bacıları ilə birlikdə Kuruçeşmədə qəlyanaltı ediblər.







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi