Xəzər Xəbər

Quba sakini atını kəfənləyərək dəfn edib - VİDEO

Veb TV | 20:11 • 21 İyul 2019
Quba sakini atını kəfənləyərək dəfn edib -

Məkkədən qayıdan Quba sakini atını kəfənləyərək dəfn edib. Səbəbi də atın sahibini sağ-salamat gətirib kəndə çatdırmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Qubanın Buduq kəndindən gedir.

Sakinlərin sözlərinə görə, qədim zamanlarda bu kənddən xeyli insan Məkkə ziyarətinə gedib. Ziyarətə gedən qruplardan birində 20 nəfər olub və onlar atlarla gediblər. Atlardan 19-u aclıq və susuzluqdan yolda ölüb. Biri isə müqəddəs torpaqları ziyarət etdikdən sonra sahibini kəndə çatdırıb və oradaca ölüb.

Sahibi də ata hörmət əlaməti olaraq onu kəfənləyib və oradaca dəfn edib. Heyvanın qəbrinin yerinin bilinməsi üçün də üzərinə daş qoyub.

Sonralar isə ərazidən keçənlər atın basdırıldığı yerə daş atıblar ki, qəbir itməsin. Həmin yeri isə "Daşqalağı piri" adlandırırlar.

İlahiyyatçılar isə bildirirlər ki, kəfənləyərk dəfn etmək və qəbir hazırlamaq insan üçün buyurulub. Heyvan üçün bunu etmək doğru deyil və xürafata yol açır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Rubrikanın digər xəbərləri

Çatdırılma şirkətləri adından saxta mesajlar göndərilir
Çatdırılma şirkətləri adından saxta mesajlar göndərilir XƏBƏRDARLIQ/VİDEO
21:27 • 23 Yanvar 2025
Bakıda tarixi binaya müdaxilə edilib
Bakıda tarixi binaya müdaxilə edilib VİDEO
21:11 • 23 Yanvar 2025
İbtidai siniflər üçün olan ingilis dili dərsliyinin məzmunu ağırdır
İbtidai siniflər üçün olan ingilis dili dərsliyinin məzmunu ağırdır İDDİA VƏ RƏSMİ CAVAB/VİDEO
20:57 • 23 Yanvar 2025
İki kartdan 45 min manatdan çox pul oğurlanıb
İki kartdan 45 min manatdan çox pul oğurlanıb VİDEO
20:07 • 23 Yanvar 2025
Əmək pensiyaları nə qədər artacaq?
Əmək pensiyaları nə qədər artacaq? VİDEO
19:51 • 23 Yanvar 2025
Bakı-Quba yolunun bir hissəsi dağılıb
Bakı-Quba yolunun bir hissəsi dağılıb VİDEO
19:35 • 23 Yanvar 2025

Xəbər lenti