Biz ehtiyat dərsliklərin çeşidinin artırılması istiqamətində işləyirik. Növbəti ildən etibarən tədrisi Azərbaycan dilində aparılmayan məktəblər üçün Azərbaycan dili dərsliyi yeni ehtiyat dərslik formatında hazırlanacaq.
Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Həyat bilgisi dərsliyinin də yeni dərslik formatında - alternativ dərslik formatında işlənməsinə başlayacağıq”.