Xəzər Xəbər

"Mən ki gözəl deyildim" filmi bu kənddə çəkilib - VİDEO

Veb TV | 20:30 • 7 İyul 2019
"Mən ki gözəl deyildim" filmi bu kənddə çəkilib -

Daşkəsənin Bayan kəndi təbiəti, relyefi və tarixi abidələri ilə tanınır. Ancaq bu kəndin ən yaddaqalan tərəflərindən biri məşhur Azərbaycan filmlərindən birinin - "Mən ki gözəl deyildim" filminin əksər epizodlarının məhz bu kənddə çəkilməsidir.

Xezerxeber.az-ın məlumatına görə, Böyük Vətən müharibəsi illərində azərbaycanlıların göstərdikləri fədakarlıqlardan bəhs edən ən uğurlu kinolarımızdan biri - "Mən ki gözəl deyildim" filmidir.

Kənd bir çox başqa yönləri ilə də diqqət çəkir. Məşhur filmin müəllifilərini də bəlkə elə bu kəndin qeyri-adi relyefi, evləri, yolları cəlb edib. Onların bir çoxu indi də 50-60 il əvvəlin izlərini qoruyub saxlayır.

Filmin ən yaddaqalan səhnələrinin cərəyan etdiyi poçt məntəqəsi isə yaşayış sahəsi kimi qorunur. Hazırda Bayan kəndində müasir poçt məntəqəsi də fəaliyyt göstərir. Kənd sakinləri yeni filmlərin burada lentə alınacağı günü gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar