Mağazadan yumurta alıb evinə apardı, ancaq qaynadılandan sonra yerə atanda plastik top kimi havaya qalxdı. Bu qeyri-adi hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Görüntülər bu yumurtanın tərkibinin nədən ibarət olması və onun insan sağlamlığına nə dərəcədə zərərli olması məsələsini yenidən gündəmə gətirir.
Xezerxeber.az-ın məlumatına görə, həmin yumurtanın sarı hissəsi sanki plastik topu xatırladır. Rəngi sarı olmaq əvəzinə ağ olan yumurtanın ortasındakı bu hissə yerə vurulanda belə dağılmayaraq, top kimi havaya qalxır.
Görüntülər Sabunçu rayonu Şuşa qəsəbəsində yaşayan vətəndaşlardan birinin evində qeydə alınıb.
Qəsəbə sakini Ramil Cəlilov mağazadan aldığı yumurtanın normal məhsul olmasından şübhələnib və onu yoxlamaq qərarına gəlib. Ortaya isə belə görüntülər çıxıb.
"Xəzər Xəbər" olaraq biz də bu qeyri-adi hadisənin yaşandığı qəsəbədə olduq, yumurtanın adi yumurtalardan fərqini elə yerindəcə yoxladıq.
Ramil Cəlilov bildirir ki, bundan sonra yumurta alıb yeməyə artıq ehtiyat edir.
Qida eksperti İsa Əliyev isə bildirir ki, görüntüdəki yumurta inqubator yumurtasıdır. Bu yumurta doğru şəraitdə saxlanılmayıb və keyfiyyətsiz məhsul hesab edilir. Onun satışı bu halda həyata keçirilməməlidir. Odur ki, belə yumurtalardan istifadə insan sağlamlığında ciddi fəsadlara səbəb ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: