Xəzər Xəbər

Turist Azərbaycana tək təkərli velosipedlə gəlib VİDEO

Veb TV | 19:22 • 26 Yanvar 2019
Turist Azərbaycana tək təkərli velosipedlə gəlib

Gürcüstandan çıxıb, Yaponiyada dayanacaqlar.

Üstəlik, onlardan biri təktəkərli velosipedlədir.

Velosipedlə səyahətə çıxan turistlər 2020-ci ildə Avrasiya turunu başa çatdırmağı düşünürlər. Rusiya və Gürcüstan vətəndaşları olan səyahətçilər uzun yolda maraqlı görünüşlü, təktəkərli velosipeddən də istifadə edirlər. Yevlaxdan Mingəçevir istiqamətində hərəkət edən velosipedçi Robert Markov təktəkərli minik vasitəsinin daha rahat idarə edildiyini bildirib. Digər velosipedə Azərbaycan bayrağını asan gürcüstanlı turist isə burada maraqlı məkanların çox olduğunu bildirib.

50 ölkəni gəzməyi planlaşdıran turistlər ölkəmizdə regionlardan keçməklə paytaxt Bakıya çatmağı düşünürlər.

Rusiya və Gürcüstan vətəndaşları səyahətlərini 2020-ci ildə Yaponiyada tamamlayacaqlar.

Xəbər lenti