Xəzər Xəbər

Peşəyə olan sevgi və ya Səidə müəllimənin fədakarlığı - "25 ildir ki, dərsə qayıqla gedirəm" - VİDEO

Veb TV | 20:49 • 21 Yanvar 2019
Peşəyə olan sevgi və ya Səidə müəllimənin fədakarlığı -

Neftçala sakini Səidə Qüdrətova düz 25 ildir ki, şagirdlərinə dərs demək üçün Kür çayının bir sahilindən digər sahilinə qayıqla keçir. Təhlükəli yolu təkbaşına gedən qadın müəllim, qayığı da özü idarə edir.

Xezerxeber.az-ın məlumatına görə, böyük fiziki güc tələb edən qayığı bir qadın müəllimə idarə edir. Səbəb isə onun öz peşəsinə olan sevgisidir.

47 yaşlı Neftçala sakini Səidə Qüdrətova yaşadığı "Mayak-2" kəndindən işlədiyi Sübh Adası kəndinə getmək üçün qayıq vasitəsilə Kür çayının bir tayından o biri tayına keçir. Bu fədakar müəllimə işlədiyi Subh Adası kənd ibtidai məktəbinə getmək üçün piyada 1 kilometr məsafə qət edir. Ardınca çayın sahilində onu gözləyən qayığına minir və qarşı tərəfə keçir. İstənilən hava şəraitində bu təhlükəli yolu tək gedən müəllimə heç nədən qorxmadığını bildirir.

əllimlik peşəsinin xüsusi fədakarlıq tələb etdiyini deyən Səidə Qurbanova şagirdlərinə böyük həvəslə dərs keçir. Kənd sakinləri də onun bu əməyini yüksək qiymətləndirir.

Kürün şıltaqlıqlarına bələd olan qəhrəmanımız deyir ki, payız-yaz aylarında çayı keçmək asan olsa da, qarlı-şaxtalı havalarda qayığı idarə etmək çox çətindir.

Müəllimə dərsdən sonra isə öz həyətində təsərrüfatla məşğul olur. Toyuq-cücə və heyvan bəsləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti