Ekologiya və Təbii
Sərvətlər və Daxili İşlər Nazirliklərinin birgə tədbirlər planına əsasən
qanunsuz ov etmənin qarşısını almaq məqsədilə Ağcabədi rayonu
ərazisində reyd keçirilib.
Nazirlikdən XəzərXəbər-ə
verilən xəbərə görə, reyd zamanı rayonun Üzeyir adlanan sahəsində
qanunsuz ov edən iki şəxs saxlanılıb və onlardan 2 ədəd ov tüfəngi,
patrondaş, 1 baş qanunsuz ovlanmış çöl donuzunun götürülüb.
Araşdırma zamanı qanun pozucularının Ucar şəhəri sakini Həsən Ələsgərov və Göyçay rayon sakini Ayaz İsmayılov olduğu müəyyən edilib və fakt müvafiq qaydada sənədləşdirilib.
Qanun
pozucularının hər birinin İnzibati Xətalar Məcəlləsinə əsasən 2000
manat məbləğində cərimə edilməsi və onlara təbiətə vurduğu 220 manat
məbləğində ziyan tətbiq edilməsi üçün qanunvericiliyə uyğun qaydada
zəruri tədbirlər görülür.