Hörümçəklər insanlardan və balinalardan çox yeyir - Maraqlı faktlar

03.04.2017 16:43

İsveçrəli alimlər hörümçəklərlə bağlı yeni açıqlamaları ilə dünyanı təəccübləndiriblər.

Novator.az-ın məlumatına görə, Lunda Universitetinin alimi Klaus Birkhoferin və Bazel Universitetinin alimi Martin Nyuffelerin "Science of Nature” jurnalında dərc edilən məqaləsində bildirilir ki, hörümçəklər balinalardan və insanlardan dəfələrlə çox qida qəbul edir. Ümumilikdə hörümçəklər bir ildən də az müddətdə təxminən 400-880 milyon ton həşərat yeyir ki, bu da dünyadakı bütün balinaların və ya insanların qəbul etdiyi ət normasından çoxdur.

Məqalədə vurğulanır ki, hörümçəklər ekoloji mühitdə çox vacib mövqe tutur, onlar "ayıq sanitarlar”dır. Belə ki, hörümçəklər xəstəlik yayan zəhərli həşəratlara qarşı daha həssasdır. Onlar qansoran həşəratları da ovlamaqdan çəkinmir. Belə həşəratları həzm edəndən sonra hörümçəklərin özlərinin xəstəliyə yoluxma ehtimalı demək olar sıfıra bərabərdir.

Klaus Birkhofer və Martin Nyuffeler hörümçəklərin bütün dünyada olan balinalardan dəfələrlə çox ət yeməsi faktının özlüyündə elm üçün heyrətamiz bir yenilik olduğunu söyləyirlər. Alimlərin fikrincə, flora və fauna aləmində hörümçəklərin rolu lazımınca öyrənilməyib. Müasir elmin bu sahəyə diqqəti gələcəkdə daha maraqlı nəticələr ortaya çıxara bilər. İsveçrə alimləri təbiətdə baş verənləri, ətraf mühitdəki dəyişkən prosesləri hörümçəksiz təsəvvür etmədiklərini yazırlar.

Məqalədə deyilir: "Hörümçəklər hey yeyir, artır, eyni zamanda başqa canlılarda yeni immunitet formalaşdırır, çünki yeyilən hər həşəratdan sonra sağlam və güclü həşəratlar doğulur. Hər bir hörümçək öz sağlamlığının qayğısına qalmağı bacarır. Demək olar heç bir hörümçək xəstələnmir və onların məqsədi yedikləri həşəratların kökünü kəsmək deyil, əksinə, onlar bununla həşəratların təbiətə inteqrasiyasını, sürətlə ətrafa yayılmasını təmin edirlər. Hörümçək qorxusu müxtəlif həşəratlara yeni-yeni məskənlər tapmağa kömək göstərir”.

Məqalədə o da bildirilir ki, hörümçəklər bəsit təfəkkürlü canlı hesab edilə bilməz. Onların heyrət doğuran düşüncəsi və həsəd aparılacaq bir yaşam sistemi var.

© xezerxeber.az


658 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR