Bir kəndin tarixini yaşadan muzey - FOTO

Kakalos kəndinin tarixi IX-X əslərə aid edilir
Şrift ölçüsü:

Mədəniyyət 9:47 – 4.1.2017

Astara rayonunun qədim yaşayış məntəqələrindən biri olan Kakalos kəndinin tarixi IX-X əslərə aid edilir. Bunu ərazidə aparılan qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri də təsdiq edir.

AZƏRTAC xəbər verir ki, Astara Tarix-Diyarşünaslıq Muzeyinin Kakalos kəndindəki filialı ömrünü rayonda mədəniyyət və incəsənətin inkişafına həsr etmiş Fərbiyyə Şabanovanın topladığı 2 minə yaxın tarixi eksponatın bazasında yaradılıb. Hazırda burada 3 minə yaxın eksponat nümayiş etdirilir.

Filialın ekspozisiya bölməsi Kakalos kəndinin tarixinə, əhalinin məşğulluğuna, həyat tərzinə və məişətinə həsr olunub. Burada nümayiş olunan müxtəlif əl işləri, o cümlədən həsir, zənbil, kosara, sərinkeş, günlük və süfrələr, müxtəlif bəzək əşyaları öz orijinallığı ilə seçilir. Ağacdan, dəmirdən və keramikadan hazırlanmış müxtəlif növ məişət və ev əşyaları isə kəndin qədim tarixindən xəbər verir. Eyni zamanda, 1964-cü ildən F.Şabanovanın rəhbərliyi ilə fəaliyyət göstərən “Əvəsor” folklor kollektivinin respublika və beynəlxalq festivallarda, müsabiqələrdə qazandığı uğurları əks etdirən eksponatlar nümayiş olunur.

Burada, həmçinin “Kənd məktəbinin tarixi”, “Heydər Əliyev kəndimizdə” bölmələri, eləcə də kəndin tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinə, ötən əsrin 30-cu illərində kənddən sürgün edilmiş ailələrə həsr olunmuş bölmələr xüsusi maraq doğurur. XIX əsrin əvvəllərində Fransadan gətirilmiş qramafon, lampalar, qədim əlyazmalar və pullar ziyarətə gələnlərin böyük marağına səbəb olur.

Muzeyin giriş hissəsində nümayiş etdirilən Azərbaycan bayrağının rəngli lentlərlə bəzədilmiş təsviri diqqəti çəkir. F.Şabanovanın müəllifi olduğu bu əl işində üç rəngdə 700 gül təsviri verilib.

Muzeyin əməkdaşları kəndin tarixini öyrənmək üçün axtarışlarını bu gün də davam etdirirlər.



769 dəfə oxunub


Digər xəbərlər


BookZone kitab evində möhtəşəm ədəbi görüş - FOTO
13:59 – 17.1.2017

Bakıda yeni fəaliyyətə başlamış BookZone kitab evi yanvarın 15 də möhtəşəm ədəbi görüş keçirib.

Sona Vəliyeva Türkiyənin İstanbul Böyük şəhər Bələdiyyəsi Teatrında - FOTO
15:15 – 14.1.2017

Sona Vəliyeva teatrın müdiri Salif Elifoğlu və sənət yönətməni Süha Uygurla görüşüb

“Xarı bülbül” Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində
10:44 – 14.1.2017

50-yə yaxın aktyorun yer aldığı tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur

Molla Pənah Vaqifin 300 illik yubileyi keçiriləcək
18:11 – 12.1.2017

Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb

Ermənilərin növbəti musiqi oğurluğu - RƏSMİ AÇIQLAMA
16:31 – 11.1.2017

Müəllif Hüquqları Agentliyi ermənilərin növbəti musiqi oğurluğu haqqında açıqlama yayıb

“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
10:56 – 2.1.2017

Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək

“DTK-nın qorxunc sirri”
18:25 – 26.12.2016

Belaruslu yazıçı Anatoli Matviyenkonun “DTK-nın qorxunc sirri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Azərbaycan yazıçısının möhtəşəm uğuru - FOTO
13:53 – 26.12.2016

Varis Yolçuyev “Yanvarın 13 günü” romanı ilə “Fəlsəfi ədəbiyyat” nominasiyasında “müasir yazar” dərəcəsi ilə qalib gəlib

Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə
16:26 – 23.12.2016

“Balaca şahzadə” kitabından seçilmiş 25 ən dəyərli və təsirli sözü təqdim edirik.

Bil Qeyts 2016-cı ilin ən yaxşı kitablarını açıqlayıb
12:36 – 12.12.2016

Siyahı amerika esseisti və yazıçısı Devid Foster Uollesın “Sim nəzəriyyəsi” adlı kitabı ilə başlayır







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi