Şəkidə Tarix İnstitutunun nəşrlərinin sərgisi təşkil olunub - FOTOLAR

Bu sərgidə Tarix İnstitutunun son illərdə Azərbaycanın və türk dünyasının tarixinə həsr olunmuş 100-dən çox adda kitabları yer alıb.
Şrift ölçüsü:

Mədəniyyət 15:12 – 2.12.2016

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun başçılığı altında institut əməkdaşlarından ibarət nümayəndə heyəti Şəki şəhərində keçirilənTÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında və “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin bağlanış mərasimində iştirak edib.

Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,  Şəki şəhərindəki “Marxal” müalicə-istirahət kompleksində“ Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ili çərçivəsində Tarix İnstitutunun çap etdirdiyi kitabların sərgisi təşkil olunub.

Bu sərgidə Tarix İnstitutunun son illərdə Azərbaycanın və türk dünyasının tarixinə həsr olunmuş 100-dən çox adda kitabları yer alıb.

Azərbaycanın müxtəlif bölgələrinin tarixinə, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlarına, Azərbaycanın beynəlxalq əlaqələri tarixinəhəsr olunmuş kitablar TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının toplantısında iştirak edənlərin böyük marağına səbəb olub.

Bu kitablar arasında müxtəlif dillərdə çap olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, İrəvan xanlığının tarixi ilə bağlı 12 broşür, “Azərbaycanlılar: etnik-siyasi tarixə ümumi baxış” və digər kitablar yer alıb.

Qeyd edək ki, Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini Qazaxıstanın Türküstan şəhərinə ötürüb.

 

 

 

 


82 dəfə oxunub


Digər xəbərlər


BookZone kitab evində möhtəşəm ədəbi görüş - FOTO
13:59 – 17.1.2017

Bakıda yeni fəaliyyətə başlamış BookZone kitab evi yanvarın 15 də möhtəşəm ədəbi görüş keçirib.

Sona Vəliyeva Türkiyənin İstanbul Böyük şəhər Bələdiyyəsi Teatrında - FOTO
15:15 – 14.1.2017

Sona Vəliyeva teatrın müdiri Salif Elifoğlu və sənət yönətməni Süha Uygurla görüşüb

“Xarı bülbül” Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində
10:44 – 14.1.2017

50-yə yaxın aktyorun yer aldığı tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur

Molla Pənah Vaqifin 300 illik yubileyi keçiriləcək
18:11 – 12.1.2017

Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb

Ermənilərin növbəti musiqi oğurluğu - RƏSMİ AÇIQLAMA
16:31 – 11.1.2017

Müəllif Hüquqları Agentliyi ermənilərin növbəti musiqi oğurluğu haqqında açıqlama yayıb

Bir kəndin tarixini yaşadan muzey - FOTO
9:47 – 4.1.2017

Kakalos kəndinin tarixi IX-X əslərə aid edilir

“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
10:56 – 2.1.2017

Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək

“DTK-nın qorxunc sirri”
18:25 – 26.12.2016

Belaruslu yazıçı Anatoli Matviyenkonun “DTK-nın qorxunc sirri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Azərbaycan yazıçısının möhtəşəm uğuru - FOTO
13:53 – 26.12.2016

Varis Yolçuyev “Yanvarın 13 günü” romanı ilə “Fəlsəfi ədəbiyyat” nominasiyasında “müasir yazar” dərəcəsi ilə qalib gəlib

Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə
16:26 – 23.12.2016

“Balaca şahzadə” kitabından seçilmiş 25 ən dəyərli və təsirli sözü təqdim edirik.







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi