Lavaş YUNESKO-nun siyahısına daxil edildi

Lavaş çörək bişirmə ənənəsi "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Şrift ölçüsü:

Mədəniyyət 9:40 – 1.12.2016

Mədəniyyət və Turizm Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, 28 noyabr- 2 dekabrda Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən YUNESKO-ya birgə təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylı YUNESKO Hökumətlərarası komitəsinin cari ilin 30 noyabr tarixində keçirilmiş sessiyasının qərarı ilə qəbul edilib.

Sözügedən nominasiya sənədi Mədəniyyət və Turizm və Xarici İşlər Nazirliklərinin, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə beş ölkənin mədəniyyət nazirlikləri, YUNESKO üzrə Milli komissiyaları, həmçinin sahə üzrə ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim edilib.


107 dəfə oxunub


Digər xəbərlər


BookZone kitab evində möhtəşəm ədəbi görüş - FOTO
13:59 – 17.1.2017

Bakıda yeni fəaliyyətə başlamış BookZone kitab evi yanvarın 15 də möhtəşəm ədəbi görüş keçirib.

Sona Vəliyeva Türkiyənin İstanbul Böyük şəhər Bələdiyyəsi Teatrında - FOTO
15:15 – 14.1.2017

Sona Vəliyeva teatrın müdiri Salif Elifoğlu və sənət yönətməni Süha Uygurla görüşüb

“Xarı bülbül” Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində
10:44 – 14.1.2017

50-yə yaxın aktyorun yer aldığı tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur

Molla Pənah Vaqifin 300 illik yubileyi keçiriləcək
18:11 – 12.1.2017

Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb

Ermənilərin növbəti musiqi oğurluğu - RƏSMİ AÇIQLAMA
16:31 – 11.1.2017

Müəllif Hüquqları Agentliyi ermənilərin növbəti musiqi oğurluğu haqqında açıqlama yayıb

Bir kəndin tarixini yaşadan muzey - FOTO
9:47 – 4.1.2017

Kakalos kəndinin tarixi IX-X əslərə aid edilir

“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
10:56 – 2.1.2017

Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək

“DTK-nın qorxunc sirri”
18:25 – 26.12.2016

Belaruslu yazıçı Anatoli Matviyenkonun “DTK-nın qorxunc sirri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Azərbaycan yazıçısının möhtəşəm uğuru - FOTO
13:53 – 26.12.2016

Varis Yolçuyev “Yanvarın 13 günü” romanı ilə “Fəlsəfi ədəbiyyat” nominasiyasında “müasir yazar” dərəcəsi ilə qalib gəlib

Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə
16:26 – 23.12.2016

“Balaca şahzadə” kitabından seçilmiş 25 ən dəyərli və təsirli sözü təqdim edirik.







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi