Merkelin diskini aldığı Azərbaycan bəstəkarı danışdı

"Hamının diskində mənim əsərlərim yer alıb"
Şrift ölçüsü:

Mədəniyyət 12:53 – 18.11.2016

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin əsərləri dünyanın bir çox yerində səsləndirilir. Dünən xəbər verdiyimiz kimi, onun musiqisinin yer aldığı OYAN diskini əldə edənlər arasında Almaniya kansleri Angela Merkel də var..

Məşhur musiqiçi Konstantin Manayev konsertlərin birində Firəngiz Əlizadənin "Aşk havası" əsərini ifa etdiyini və Merkelin bu əsərdən xoşu gəldiyini deyib.

Xalq artisti azvision.az-a açıqlamasında bu barədə xəbərin yayılmasını istəmədiyini deyib: "Dünya məşhurlarının kompakt disklərində mənim musiqilərimin olması ilə bağlı sizə xeyli məlumat verə bilərəm. Mən bunu xəbər mövzusu hesab etmirəm. İstəməzdim ki, bu məlumat yayılsın. Hamının diskində mənim əsərlərim yer alıb".

F.Əlizadə kansler Merkellə bir neçə dəfə görüşdüyünü əlavə edib: "Mən dəfələrlə xanım Merkellə görüşmüşəm. İlk dəfə Almaniya İncəsənət Akademiyasının dəvəti ilə oraya getmişdim. Məlumat üçün deyim ki, həmin Akademiyanın üzvüyəm. Akademiyanın illik iclaslarında Merkel həmişə iştirak edib. Digər rəsmilər də iştirak edirlər. Merkel iclas zamanı bizim hər birimizin əlini sıxıb, "Necəsiniz?" deyə soruşdu. Merkellə müxtəlif təmaslarımız olub. Amma mən bunu böyük hadisə hesab etmirəm. Hərdən Merkelə yaxınlaşıb, rahat söhbət etmək mümkündür".


545 dəfə oxunub


Digər xəbərlər


BookZone kitab evində möhtəşəm ədəbi görüş - FOTO
13:59 – 17.1.2017

Bakıda yeni fəaliyyətə başlamış BookZone kitab evi yanvarın 15 də möhtəşəm ədəbi görüş keçirib.

Sona Vəliyeva Türkiyənin İstanbul Böyük şəhər Bələdiyyəsi Teatrında - FOTO
15:15 – 14.1.2017

Sona Vəliyeva teatrın müdiri Salif Elifoğlu və sənət yönətməni Süha Uygurla görüşüb

“Xarı bülbül” Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində
10:44 – 14.1.2017

50-yə yaxın aktyorun yer aldığı tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur

Molla Pənah Vaqifin 300 illik yubileyi keçiriləcək
18:11 – 12.1.2017

Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb

Ermənilərin növbəti musiqi oğurluğu - RƏSMİ AÇIQLAMA
16:31 – 11.1.2017

Müəllif Hüquqları Agentliyi ermənilərin növbəti musiqi oğurluğu haqqında açıqlama yayıb

Bir kəndin tarixini yaşadan muzey - FOTO
9:47 – 4.1.2017

Kakalos kəndinin tarixi IX-X əslərə aid edilir

“Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək
10:56 – 2.1.2017

Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcək

“DTK-nın qorxunc sirri”
18:25 – 26.12.2016

Belaruslu yazıçı Anatoli Matviyenkonun “DTK-nın qorxunc sirri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Azərbaycan yazıçısının möhtəşəm uğuru - FOTO
13:53 – 26.12.2016

Varis Yolçuyev “Yanvarın 13 günü” romanı ilə “Fəlsəfi ədəbiyyat” nominasiyasında “müasir yazar” dərəcəsi ilə qalib gəlib

Böyüklərin mütləq oxuması lazım olan kitab: Balaca Şahzadə
16:26 – 23.12.2016

“Balaca şahzadə” kitabından seçilmiş 25 ən dəyərli və təsirli sözü təqdim edirik.







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi