Alimlər "Nutella"nın ciddi təhlükəsindən danışıb

“Nutella” istehsalçıları: palma yağı qatılmayan şokoladlı-fındıqlı pasta o qədər də dadlı olmayacaq
Şrift ölçüsü:

Maraqlı 14:46 – 12.1.2017

“Nutella” brendinin məxsus olduğu İtaliyanın “Ferrero” qənnadı şirkəti palma yağını müdafiə edib. Avropa tənzimləyicilərinin bu inqrediyentın potensial kanserogen olması barədə məruzəsinin dərc edilməsindən sonra bəzi istehsalçılar palma yağını boykot edirlər.

“Ferrero”nun televiziyada keçirdiyi reklam kampaniyasında palma yağı qatılmayan şokoladlı-fındıqlı “Nutella” pastasının o qədər də dadlı olmayacağı əsaslandırılıb.

Palma yağı “Nutella”nın tərkibində təxminən 20 faiz təşkil edir. Hər il “Ferrero” bu şirin məmulatdan 250 min ton hazırlayır ki, buna 50 min ton palma yağı sərf edilir.

Palma yağının təbii qırmızımtıl rəngini və kəskin iyini aradan qaldırmaq məqsədilə onun rafinadlaşdırılması çox yüksək temperaturda aparılır. Nəticədə yağ turşularının qlisidil efiri yaranır ki, bu da maddələr mübadiləsi prosesində kanserogen faktora aid edilən qlisidola çevrilir.

“Ferrero” bildirir ki, orqanizm üçün zərərli birləşmələrin yaranmaması məqsədilə şirkət üçün palma yağı Selsi üzrə 200 dərəcədən bir qədər aşağı temperaturda rafinadlaşdırılır. Şirkətin top-menecerlərinin sözlərinə görə, proses yüksək temperaturlu emaldan daha çox vaxt aparır və 20 faiz baha başa gəlir.

Qeyd edək ki, 2016-cı ilin may ayında Avropa Ərzaq Təhlükəsizliyi Agentliyi tərəfindən Selsi üzrə 200 dərəcədən yuxarı temperaturda rafinadlaşdırılan palma yağı istehlakının xərçəng xəstəlikləri ilə əlaqəsi barədə məruzə dərc edilib. Bundan əvvəl müvafiq əlaqə barədə Dünya Səhiyyə Təşkilatının ekspertləri danışıblar.


581 dəfə oxunub


Digər xəbərlər


TEZ ÖLMƏK İSTƏMİRSİNİZSƏ: 30 yaşdan sonra bunları yeməyin - SİYAHI
17:12 – 19.2.2017

Mütəxəssislər müəyyən yaşdan sonra insanın səhhəttinə daha çox diqqət etməli olduğunu deyir.

Sevimli əşyalarınızın təzə qalması üçün bunları edin
17:04 – 19.2.2017

Tez-tez sevdiyimiz əşyalarımızla birdəfəlik vidalaşmalı oluruq.

Dünyanın 7 möcuzəsindən biri idi: İndi zibilliyə çevrilib- FOTOLAR
16:47 – 19.2.2017

Dünyanın 7 möcüzəsindən biri olan Efes Artemis məbədi bataqlığa çevrilib.

Maşınınızın ön şüşəsi çartlayıbsa…- Sürücülər üçün önəmli bilgilər - FOTOLAR
16:37 – 19.2.2017

Avtomobili olan hər kəs həyatını asanlaşdıracaq bir-birindən faydalı üsullarla işinizi asanlaşdıra bilər.

İnsanlar yadplanetlilərlə necə qarşılaşacaq? - Vanqadan qorxunc proqnoz
16:19 – 19.2.2017

Bu proqnozlar həm ekoloji fəsadlar, həm siyasi çarpışmalarla bağlı olub.

Ayaq barmaqlarınız xarakterinizi açıqlayır
16:13 – 19.2.2017

Qədim zamanlardan bəri insanlar ayaq barmaqlarının formasının xarakterdən xəbər veridiyinə inanıblar.

Rusiya neftindən daha bahalı - Biri 23 milyon dollara satılır - FOTOLAR
15:58 – 19.2.2017

Son 5 ildə satılan rus rəssamlarına məxsus ən bahalı rəsm əsərlərinin siyahısı hazırlanıb.

Kitab oxumaq ömrü 2 il uzadır
15:55 – 19.2.2017

“Kitab qurdları” kitab oxumağın faydalarını çox yaxşı bilir.

Dünyanın ən riskli şəkillərini çəkdirən qız - FOTOLAR
15:49 – 19.2.2017

Rus fotoqraf Angela Nikolau göydələrin yuxarısında çəkdirdiyi ən təhlükəli şəkilləri ilə hər kəsi təəccübləndirir.

Dünyanın ən qəribə boşanma səbəbləri
15:43 – 19.2.2017

Bəziləri evliliyi sevginin bitdiyi gün kimi qiymətləndirsələr də, psixoloqların sözlərinə görə, cütlüklər arasında əsil sevgi evləndikdən sonra başlayır.







Xəbər Lenti
9:59 – 20.2.2017
Neft bahalaşdı
9:47 – 20.2.2017
Bu gün hava necə olacaq?

Ən çox oxunanlar


Müəllif güşəsi