DİQQƏT: İt sizə hücum edərsə, belə davranın

Bunlara diqqət etsəniz, sizə zərər verməyəcək
Şrift ölçüsü:

Maraqlı 17:32 – 10.1.2017

Əgər bir it aqressiv davranırsa, ya insanlardan zərər görüb, ya da xəstəliyi var. Aqressiv itlə qarşılaşdığımızda hücum edəcək deyə çoxumuz qorxub qaçırıq. Amma qaçmaq da doğru deyil. Aile.lent.az aqressiv itlə qarşılaşdığınızda necə davranmalı olduğunuzu təqdim edir. Bunlara diqqət etsəniz, sizə zərər verməyəcək.

 

Təşvişə düşməyin

 

İt və digər heyvanlar qorxunu hiss edir. Sizə doğru hürən, hücum edən bir iti görəndə çətin də olsa, sakitləşməyə çalışın. Əgər qışqırıb əl-qol atsanız, yaxud da qaçmağa başlasanız, it sizi ov kimi görəcək və sizə hücum edəcək.

 

Yavaşlayın

 

Qaçarkən aqressiv bir itlə qarşılaşmısınızsa, addımlarınızı yavaşladın. İtin bir yanından yavaş-yavaş gedərək bir gözünüzlə də ona nəzarət edin. Dik şəkildə durmaq itin sizə diqqətini dağıdacaq.

 

Göz təması qurmayın

 

İtin gözünün içinə baxmaq onu daha da özündən çıxarar.

 

Başını qatın

 

Hər hansı bir əşya ilə itin başını qata bilərsiniz. Yanınızda yeməli bir şey olarsa, əla. Amma bir şey yoxdursa, ayaqqabı, bel çantası, plastik şüşə kimi dişləniləcək bir şeylər verə bilərsiniz.

 

Getməsini istəyin

 

Əgər it aqressiv davranmağa davam edərsə, göz təmasından uzaqlaşın. Getməsi üçün istiqamət verin.  Səs tonunuza diqqət edin, güclü və özünüzdən əmin görünün. Çox kobud, şiddətli səslərdən xoşları gəlmir.

 

“Geri çəkil, get” deyə bilərsiniz. Sərt səs tonunda deyil, sakit bir şəkildə bu tapşırığı versəniz, it bunu anlaya biləcək. 


4937 dəfə oxunub


Digər xəbərlər


Əsla məzarları barmağınızla göstərməyin!
16:29 – 23.1.2017

Hər bir xalqın özünə görə batıl inancları olur.

Təkər üzərində ev - 10 min dollara - FOTO
16:22 – 23.1.2017

“Mersedes-Benz Sprinter” evə çevrilib

Dost seçimi bizim genetik koddan asılıdır
14:55 – 23.1.2017

Hər bir adamın dostları var, lakin onlardan bir neçəsi ailənin həqiqi üzvünə çevrilir.

Qadınlar neçə gün sirr saxlaya bilir?
14:06 – 23.1.2017

Qadınlar sirr verməyi də, dinləməyi də sevirlər. Amma aparılan araşdırmalar göstərir ki, qadınlar iki gündən artıq sirr saxlaya bilmirlər.

Xəstəliyinizi üzünüzdən oxuyun - FOTOLAR
14:03 – 23.1.2017

Sızanaqlar, qabıq verən dəri, çatlamış dodaqlar və s. dəri problemləri kifayət qədər vitamin və mineral qəbul etməyinizdən xəbər verir.

Əkiz bacısıyla ona xəyanət edən ərindən belə intiqam aldı - İNANILMAZ FOTOLAR
13:58 – 23.1.2017

Çində yaşayan bir qadın onu əkiz bacısı ilə aldadan ərindən və bacısından acı intiqam alıb.

Milyarder olmaq üçün mütləq oxuyun!
17:22 – 22.1.2017

Hər bir milyarder həyatında ən azı bir dəfə də olsun öz biznesi üçün doğru olmayan qərarlar qəbul edib. Lakin....

Dişlər niyə saralır
17:10 – 22.1.2017

Dişlərin sağlam olması həmişə insanların arzuladığı bir şeydir.

Ayağımızın altında Londondan da möhtəşəm şəhər yatır - ALİMLƏRİMİZİ HEYRƏTLƏNDİRƏN TAPINTI - FOTOLAR
12:11 – 22.1.2017

Avtomobil bizi rayon mərkəzindən xeyli kənara gətirir.

Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı - FOTOLAR
12:07 – 22.1.2017

Bakıda qiyməti 499 min manata maşın satışa çıxarılıb.







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi