Bu döymələrin mənalarını bilirdiniz? - FOTOLAR

İmic, dizayn və ya simvol... Bir çox insanda döymə görə bilərik. Lakin o döymələrin mənaları bizi daha çox maraqlandırır.
Şrift ölçüsü:

Maraqlı 14:24 – 10.1.2017

Əgər siz də bədəninizin hər hansı bir yerini seçdiyiniz döymə ilə bəzəməyi planlaşdırırsınızsa, hər şeydən əvvəl yaxşı düşünməlisiniz. Ailem.az ən çox seçilən döymə simvolları və onların mənalarını təqdim edir.

Çin əlifbası: Kiçik, amma yenə də böyük məna verən bir döymə istəyirsinizsə, Çin əlifbası üzərində dura bilərsiniz. Bu döymənin variantları da çoxdur. Bunlar yalnız hərf və ya kiçik dəlisov şəkillər deyil, hərəsinin güc, inanc, cəsarət kimi bir mənası var.

 

Kəpənək: Bu döymə ilə tez-tez qarşılaşmaq olar. Qısa ömür, dəyişən şəxsiyyət və qürur kimi mənaları var. Əslində bu döymə məsləhət görülmür. Amma kəpənəklərin son dərəcə müsbət və ruhən dərin mənaları da mövcuddur. Qədim dövr mədəniyyətlərində bu kövrək heyvanların ruhları dünyadan cənnətə transfer edildiyinə inanılırdı. Onların qısa həyatları isə insan həyatına bir işarə kimi yozulur. Eyni zamanda, bu döymə ilə kişilər ürəyində əhəmiyyətli bir yerə sahib olan və həyatını itirmiş bir qadını da simvollaşdıra bilər.

 

Herusun gözü: Misirə aid simvoldur. Eyni zamanda “hər şeyi görən göz” kimi də yozulur. Bu döymənin aid olduğu insana yaxşı şans və rifah gətirdiyinə inanılır. Gündən günə daha çox məşhur olan bu döymənin şans gətirdiyinə inanılsa da, vizual və ruhi ünsürləri da inkar edilə bilməz. “Herosun gözü” sizi qoruyan, yol göstərən bir insanı da simvollaşdıra bilər. Sizi saxta gülüşlərdən, yalanlardan qoruyan və ruh halınızı öz boynuna götürən bir işarədir.

 

Günəş və ay: Dəbdəbəli, eyni zamanda mistikdir. Günəş və ayın birlikdəliyi, hava, su, od və torpaq elementləri döymə kimi gücü simvollaşdıra bilər.

 

Yeni Zelandiya döymələri: Bu döymələr, ya da ən azı modernləşmiş halları məşhurlar arasında da olduqca populyardır. Hər biri fərqli və fərdidir.

 

Koi balığı: Bu parlaq rəngli balıq Yapon və Çin mədəniyyətinə aid ana xarakterlərdən biridir. Ümumiyyətlə isə cəsarətlə əlaqələndirilir. Bir samuray kimi davrandığına inanılan koi çətin şərtlərin və pis dövrlərin öhdəsindən gələ biləcək ruhani gücü təmsil edir.

 

Çiçəklər: Xüsusilə qadınlar arasında olduqca məşhur olan çiçək döymələri yalnız fiziki gözəllikləri ilə yox, xarakter və xüsusiyyətlərinə görə də seçilə bilər. Orkide gözəllik, lüks və eşqi, nilüfər saflıq, zəka və müdriklik, Uzaq Şərqdə yetişən plumeria isə dostluğu təmsil edir.

 

Musiqi notları: Dünyada bir çox məşhur insanın da seçdiyi notlar, yalnız peşəkarlar deyil, musiqinin imtina edilməz olduğunu düşünən insanlar üçün də olduqca mənalı bir variantdır./lent.az/


651 dəfə oxunub


Digər xəbərlər


Milyarder olmaq üçün mütləq oxuyun!
17:22 – 22.1.2017

Hər bir milyarder həyatında ən azı bir dəfə də olsun öz biznesi üçün doğru olmayan qərarlar qəbul edib. Lakin....

Dişlər niyə saralır
17:10 – 22.1.2017

Dişlərin sağlam olması həmişə insanların arzuladığı bir şeydir.

Ayağımızın altında Londondan da möhtəşəm şəhər yatır - ALİMLƏRİMİZİ HEYRƏTLƏNDİRƏN TAPINTI - FOTOLAR
12:11 – 22.1.2017

Avtomobil bizi rayon mərkəzindən xeyli kənara gətirir.

Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı - FOTOLAR
12:07 – 22.1.2017

Bakıda qiyməti 499 min manata maşın satışa çıxarılıb.

Çin dilini öyrənmək musiqi duyumunu inkişaf etdirir
15:20 – 21.1.2017

Şimali Çin dilinin öyrənilməsi beyinə xüsusi şəkildə təsir göstərir

Azərbaycandan Ağ Evə xüsusi hədiyyə getdi - FOTO
11:56 – 21.1.2017

Dağlar Səfərov ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb

VİDEO: İslam Həmrəyliyi İli ilə bağlı tədbirlər planı hazırlanır
20:02 – 20.1.2017

Mübariz Qurbanlı: Dini nəşrlər yalnız ekspert rəyi alındıqdan sonra yayıla bilər

“Porsche Panamera” qiymətinə “Niva” satılır
16:33 – 20.1.2017

Fantastik qiymət onun kiçik yürüşü (201 km) və indiyə qədər qalan zavod plombu ilə əlaqələndirir

İkinci dəfə toy edənlərə QADAĞA
14:50 – 20.1.2017

Qadağa israfçılığın qarşısını almaq üçün qoyulub

Makiyaj qadınlara işdə uğur əldə etməyə kömək edir
20:08 – 19.1.2017

Makiyajın qadınlara işdə professional görünməklə yanaşı, həm də uğur əldə etməyə kömək etdiyi qənaətinə gəliblər.







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi