Dişləri plombsuz müalicə etməyin üsulu tapıldı

Bu üsul “tam və səmərəli təbii yolla bərpa olunmağa” gətirib çıxaracaq
Şrift ölçüsü:

Maraqlı 13:22 – 10.1.2017

Britaniya alimləri bildirirlər ki, zədələnmiş dişləri plombsuz bərpa etmək mümkündür.

AZƏRTAC “bbc.com” saytına istinadla xəbər verir ki, London Kral Kollecindən bir qrup alimin fikrincə, “Tideglusib” adlı kimyəvi maddə siçanlarda olan diş pulpası hüceyrələrini dişdəki kiçik deşiyi sağaltmağa yönəldə bilər. Bu üsul “tam və səmərəli təbii yolla bərpa olunmağa” gətirib çıxaracaq.

Dişlərdə regenerasiya qabiliyyəti çox məhduddur. Əgər daxili diş pulpası dağılarsa, insan orqanizmi sərt diş toxuması olan dentinin nazik təbəqəsini əmələ gətirməyə qadirdir, lakin böyük zədələr bu yolla sağalmır.

Stomatoloqlar kariyesi adətən metal amalqamadan olan plombun və ya tozabənzər şüşə və keramika kompozitinin köməyilə müalicə edirlər. Lakin plombları müntəzəm dəyişmək lazımdır. Odur ki, tədqiqatçılar dişlərin təbii regenerativ qabiliyyətini gücləndirməyə ümid bəsləyirlər.

Alimlər bildirirlər ki, “Tideglusib” preparatı diş pulpasında gövdə hüceyrələrinin fəallığını artırır ki, bu da siçanların dişində 0,13 millimetr diametrində deşiyi bərpa etməyə imkan verir. Dişin zədələnmiş hissəsinə preparata hopdurulmuş bioloji üsulla həll olan süngər yerləşdirilib və üstü qoruyucu maddə ilə örtülüb. Süngər parçalanandan sonra onu dentin əvəz edib və diş sağalıb.

Hazırda tədqiqatçılar bu yolla daha böyük zədəsi olan dişi bərpa etməyin mümkünlüyünü araşdırırlar.


1397 dəfə oxunub


Digər xəbərlər


Milyarder olmaq üçün mütləq oxuyun!
17:22 – 22.1.2017

Hər bir milyarder həyatında ən azı bir dəfə də olsun öz biznesi üçün doğru olmayan qərarlar qəbul edib. Lakin....

Dişlər niyə saralır
17:10 – 22.1.2017

Dişlərin sağlam olması həmişə insanların arzuladığı bir şeydir.

Ayağımızın altında Londondan da möhtəşəm şəhər yatır - ALİMLƏRİMİZİ HEYRƏTLƏNDİRƏN TAPINTI - FOTOLAR
12:11 – 22.1.2017

Avtomobil bizi rayon mərkəzindən xeyli kənara gətirir.

Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı - FOTOLAR
12:07 – 22.1.2017

Bakıda qiyməti 499 min manata maşın satışa çıxarılıb.

Çin dilini öyrənmək musiqi duyumunu inkişaf etdirir
15:20 – 21.1.2017

Şimali Çin dilinin öyrənilməsi beyinə xüsusi şəkildə təsir göstərir

Azərbaycandan Ağ Evə xüsusi hədiyyə getdi - FOTO
11:56 – 21.1.2017

Dağlar Səfərov ABŞ-ın yeni seçilmiş 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb

VİDEO: İslam Həmrəyliyi İli ilə bağlı tədbirlər planı hazırlanır
20:02 – 20.1.2017

Mübariz Qurbanlı: Dini nəşrlər yalnız ekspert rəyi alındıqdan sonra yayıla bilər

“Porsche Panamera” qiymətinə “Niva” satılır
16:33 – 20.1.2017

Fantastik qiymət onun kiçik yürüşü (201 km) və indiyə qədər qalan zavod plombu ilə əlaqələndirir

İkinci dəfə toy edənlərə QADAĞA
14:50 – 20.1.2017

Qadağa israfçılığın qarşısını almaq üçün qoyulub

Makiyaj qadınlara işdə uğur əldə etməyə kömək edir
20:08 – 19.1.2017

Makiyajın qadınlara işdə professional görünməklə yanaşı, həm də uğur əldə etməyə kömək etdiyi qənaətinə gəliblər.







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi